3 gün əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Azər Qocayev iş otağından şəklini paylaşıb. Dalidag.az xəbər verir ki, yeni icra başçısının bu vəzifəyə təyin olunmazdan əvvəl də "feysbuk" sosial şəbəkəsində aktiv olduğu məlum olub. Bunu onun əvvəllər fəaliyyət göstərdiyi yerlər və gördüyü işlərlə bağlı paylaşımlarından görmək olur. Qeyd edək ki, 34 yaşlı Azər Qocayev Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Dalidag.az bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Acarlı, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli kəndləri

ATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib. Dalidag.az xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov, Mənzil-istismar departamentinin direktoru Səbuhi Əhmədov, Repatriasiya departamentinin direktoru Natiq Hüseynov iştirak ediblər. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən

Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Dalidag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx

Dalidag.az məşhur ədəbiyyatşünas-alim, türkoloq, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadənin həyatı ilə bağlı maraqlı faktları təqdim edir. *** Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. *** 27 yaşında filologiya elmləri doktoru dərəcəsini qazanıb. *** Atası çoban olan Bəkir özü də 14 yaşına qədər çobanlıq edib. Atasının maddi imkanı olmadığı üçün övladlarını oxuda bilmir. Bəkir isə uşaq yaşlarından bir

Dalidag.az görkəmli Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatçısı Nəcib Məhfuzun bir hekayəsini təqdim edir: UŞAQLARIN CƏNNƏTİ — Ata... — Nə olub? — Rəfiqəm Nadya və mən həmişə birlikdəyik. — Bu yaxşıdı, mənim balam. — Dərsdə, tənəffüsdə, yeməkxanada... — Əla. O, çox yaxşı və tərbiyəli qızdı. — Amma “Allahın qanunları” dərsində biz ayrı-ayrı siniflərdə otururuq... Ata toxumaqla məşğul olan anaya baxdı və onun gülümsədiyini gördü. Özü də

Cəfər Cabbarlı 35 illik qısaca həyatında 35 insanın görə biləcəyi işi görüb Azərbaycan üçün. Yaşasaydı, daha nələr edə bilərdi… Və 35 illik həyatının hər anı elə şəhid həyatıdır. Bu düha qısnaqlar, sıxıntılar, əzablar, tənələr içində deyil, sakit, rahat həyat sürüb yaradıcılığı ilə məşğul olsaydı, qoyub getdiklərindən beş artıq əsər, iş qalardı ondan. Şair, nasir, dramaturq, ssenarist, teatrşünas, kinoşünas, tərcüməçi, jurnalist, aktyor, rejissor – daha hansı sahəni sığışdırardı o 35 illik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx,

Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsinə əməl etməkdən yenidən boyun qaçırıb. Dalidag.az xəbər verir ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələni şərh edərkən məlum olub. O, əvvəlki kimi yenə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəsdən adam öldürmələrini bəhanə gətirərək onların azad olunmasından imtina etdiklərini vurğulayıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin
Yazı axını