Kəlbəcər rayon Günəşli kənd icra nümayəndəsi vəfat edib. Dalidag.az xəbər verir ki, Kəlbəcər Rayon “Günəşli” kənd icra nümayəndəsi, Səfa Mirzəyev dünən səhər saatlarında dünyasını dəyişib. Qeydək ki, bu barədə məlumatı rezonans.az saytı yayıb. Allah rəhmət eləsin! Dalidag.az

Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Rəsmi açıqlanmasa da, ilkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var. Dalidag.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, o, həmin şəxslərə bölgələr və ya

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Muxtar Ələsgərov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib. Saat 12:00-da

Bu gün ulu yurdun ürəyi sayılan Şuşanın işğalından 28 il ötür. Bu 28 ildə Şuşa dərdini, göynəyini hərə bir cür yaşadı. Kimi dözüb, bir gün qovuşacağına ümid etdi, kimi dözməyib cismini torpaqlara tapşırdı. Ruhu didərgin oldu neçə-neçə qəribin. Qələm adamları yanğısını misralarla söndürməyə çalışdı,göynəyinə misra-misra sığal çəkdi...ağrıdı... Dalidag.az ayrı-ayrı müəlliflərin Şuşaya həsr olunmuş şeirlərini təqdim edir: BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı,

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Dalidag.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, aparılan araşdırmalar, cinayət

Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür. Dalidag.az xatırladır ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin

“Qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur”. Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. “Bu, vəziyyətdən asılıdır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında - 700 ballıq şkala əsasında aparılacaq”. “I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər,

"Qarabağ probleminin birdəfəlik və tezliklə həll edilməsi üçün, qəti addımlar atılmalı, Ali Baş Komandanın əmri ilə müharibə qərarı verilməli və dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün müqədəs savaşa başlanılmalıdır". Dalidag.az xəbər verir ki, bu fikirlər "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin Milli Məclisə ünvanlanan müraciət məktubundandır. Elektron poçtumuza daxil olan həmin müraciətin tam mətnini təqdim edirik: "Azərbaycan Respublikasın Milli Məclisinə “Kəlbəcərə Qayıdış” İctimai

Azərbaycan ədəbi mühitində öz adı, imzası, fərqli yazı tərzi ilə seçilənlər arasında onun da yeri var. Kəlbəcər ədəbi mühitində formalaşmış, o yurdun, o ocağın havasını ruhunda, şeiriyyətində daşıyan Nuridə Misir oxucu qıtlığı çəkməyən şairlərdəndi.1975-ci ildən dövrü mətbuatda poetik nümunələri ilə nəzərləri cəlb edən N.Misir indi də eyni ahənglə yazır-yaradır. Şeirlərində həsrət, nisgil, ağrı izi, göynək rəngi böyük dərd acısının göstəricisidi. Kəlbəcər itkisi, yurd acısıdı şeirlərinə hopan,

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev DTX tərəfindən həbs edildiyi bildirilən İmişlinin icra başçısı Vilyam Hacıyevlə qohumluq münasibətləri haqqında yazıb. O qeyd edib ki, Vilyam Hacıyevlə qohum olsa da, əlaqə saxlamayıblar və keçmiş başçı ona qarşı çox soyuq münasibətdə olub. “Hazırda saxlanıldığı deyilən İmişli icra başçısı V.Hacıyev qohumumdur. Maraqlananlar çox olduğuna görə, ümumi qısa reaksiya verim. Onun üzünü ilk dəfə 2012-ci ildə, mən siyasi məhbus olanda, azadlığa buraxılmaq
Yazı axını
29 / 04 / 2024