Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
Rəsmi açıqlanmasa da, ilkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var.
Dalidag.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, o, həmin şəxslərə bölgələr və ya Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib.
Qarşılığında isə onlara şərt qoyub. Belə ki, direktor seçiləcək incəsənət üzvü təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş.
Bildirək ki, bu təkliflə razılaşan tanınmış simalar da az deyil, onların arasında artıq vəzifəyə təyin olunmuşlar da var.
Məlum olub ki, C. Məlikov hesabatlarında təmirə ayrılan maliyyənin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.
Xatırladaq ki, ötən gün nazirlikdə əməliyyat aparılan zamanı nazir Əbülfəs Qarayev də binada olub. C. Məlikovdan başqa, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətovun da saxlanıldığı bildirilir.
Reklam
DTX-nin saxladığı rəis müğənnilərə bu şərti qoyubmuş
09-05-2020 12:11

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-05-2020 12:11
Baxış sayı: 3547Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























