Reklam
"Başına daş düşsün, yıxılsın, ölsün kimin ki əlindən ŞUŞASI getdi..." -ŞEİRLƏR
08-05-2020 15:56
Bu gün ulu yurdun ürəyi sayılan Şuşanın işğalından 28 il ötür. Bu 28 ildə Şuşa dərdini, göynəyini hərə bir cür yaşadı. Kimi dözüb, bir gün qovuşacağına ümid etdi, kimi dözməyib cismini torpaqlara tapşırdı. Ruhu didərgin oldu neçə-neçə qəribin. Qələm adamları yanğısını misralarla söndürməyə çalışdı,göynəyinə misra-misra sığal çəkdi...ağrıdı...
Dalidag.az ayrı-ayrı müəlliflərin Şuşaya həsr olunmuş şeirlərini təqdim edir:
BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.
Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.
Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.
Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın,– deyirdi, – bu torpaqları!”
Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.
Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı…
Zəlimxan Yaqub
______________________
ŞUŞAYA GEDƏ BİLMİRƏM
Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.
Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.
Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.
Akif Səməd
___________________________
ŞUŞA
Mən susum, deyərsən qalanını sən
Gözlərindən axan yağışla, Şuşa.
Keçib, bir şairə yalanını sən
Bağışlaya bilsən, bağışla, Şuşa!
Allaha, dilinin duasına yox,
Haçansa verdyin sözə yenildin.
On – on beş erməni dığasına yox,
Tarixə saldığın izə yenildin.
Yenildin! Əlinə keçməz girəvə
Tarixin təkəri geri gedəndə.
Qafiyə olanda zirvəyə kirvə,
Kirvəni zirvəyə şərik edəndə…
Verdin əllərinlə düşmən əlinə,
Gələcək keçmişin izinə gəlir.
Qönçələr gül açır kimin dilinə,
Şuşada yaz kimin üzünə gəlir?
Bir ümid şamı var hər bir millətin.
Ölürsə o ümid, sönürsə o şam,
İnamın ayaqda qalması çətin…
Tale zirvəsində o şamdın, Şuşam.
Yenilmək Tanrıdan tərs şapalaqdı,
Baharı saralan kövşənə yazıq…
Bir xalqın başında Şuşa papaqdı,
Başından papağı düşənə yazıq…
Ucalmaq yeriymiş Şuşa, ucalmaq!..
Orda həsrət yerin, yer həsrətinmiş.
Eh hardan biləydim zirvədə qalmaq
Zirvəyə çıxmaqdan daha çətinmiş..
Ölümə gəl deyir həyatın “və”si
Nə həyat qanadı qırılmış quşa?!
Dağın zirvəsində dərdin zirvəsi,
Hər yandan görünən faciə- Şuşa!
Tanrım, bu nə keçmiş, nə gələcəkmiş,
Ona da ləkədi, buna da ləkə…
Yurdun sinəsində Şuşa ürəkmiş
Yaşaya bilərmi ürəksiz ölkə?!
Məmməd İsmayıl
_________________________
GETDİ
Ürəklər kül oldu öz arzusunda,
Evin təki getdi,qoşası getdi.
Arana köçənlər yandı susuzdan,
"Qırxbulaq","Ballıca","Qoşa su" getdi.
Ayım bəd gətirdi,ilim nəs oldu,
Bu dərd ömrüm boyu mənə bəs oldu.
Bu yandan " Ərgünəş" görünməz oldu,
O yandan " Topxana meşəsi" getdi.
Hamı insan idi öz torpağında,
Ölmək asan idi öz torpağında.
Hər kəs bir xan idi öz torpağında,
Elin xanı getdi,paşası getdi.
Sızladım,- gözümdə yaş parçalandı,
Beyin silkələndi,baş parçalandı.
Baxdım,-
yolum üstə daş parçalandı
Elə ki gözümdən daşa su getdi.
Ay Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan ürəyin yansın, tökülsün!-
Başına daş düşsün,
yıxılsın,
ölsün
Kimin ki əlindən ŞUŞASI getdi.
Əşrəf Veysəlli
____________________________
ŞUŞA
Ulu təbiətin bir gözəl qızı ,
Ana torpağımın ləzzəti , duzu ,
Şeir dünyasının söhbəti , sözü ,
Cənnət dediyimiz məkanın özü ,
Görəsən hardadır o gözəl Şuşa ?!
Sərin bulağından içən " yoldaşlar ",
Güllü cığırından keçən " yoldaşlar " ,
Abi - havasından məst olan başlar ,
Bəs niyə bircə yol soruşmayırlar :
- Görəsən hardadır o gözəl Şuşa ?!
Gülləni başına çaxmaq istəyən ,
Özünə qəhrəman , cəngavər deyən ,
Şuşanın varını talayıb , yeyən ,
Niyə soruşmayır , görəsən niyə ,
Ey Vətən , hardadır o gözəl Şuşa ?!
Ağrıdan inləyir yurd Azərbaycan ,
Başından tacını qoparıb nadan ,
Heyrətlə soruşur bu gün Pənah xan ,
Yolunda minlərlə verdiyim qurban ,
Ey Vətən , hardadır o gozəl Şuşa ?!
Qeyrətdən dəm vurma , yoxdursa Şuşam ,
Şuşasız gözlərdə daşlaşan yaşam ,
Vətənin qəlbindən asılan daşam ,
Min sorğu - suallı düşünən başam :
- Görəsən hardadır o gözəl Şuşa ?!
Kimin sərvətini gör kimlər yeyir ,
Kim kimə , ay Allah , "yaramaz" deyir ,
Anamın qəddini gör kimlər əyib ,
Suallar qəlbimi hey didir , yeyir :
- Görəsən hardadır o gözəl Şuşa ?!
Oyan igid Babək , Koroğlu babam ,
Düşmən əlindədir müqəddəs obam !
Pənah xan , tikdiyin möhtəşəm qala ,
Tikdinmi içində yağılar qala ?!
İndi murdardadır o gözəl Şuşa !
Çatmadı qeyrətim qoruyam onu ,
Oyanın , yetişsin bu oynun sonu ,
Yoxdursa bizlərin qəlbində təpər ,
Barı siz göstərin yenidən hünər ,
Nalədə , zardadır o gözəl Şuşa!
Oyanın , utandı bəlkə gül satan ,
Əlində silahla oynayan nadan ,
Bəlkə də bircə an dindi qeyrəti ,
Özündən sormağa çatdı cürəti :
- Görəsən hardadır o gözəl Şuşa?!
Oyanın , oyadın yatan milləti ,
Oyanın , oyadın yatan qeyrəti ,
Anaların ahı səsləyir sizi ,
Babaların ruhu səsləyir sizi ,
Tələsin , dardadır o gözəl Şuşa ,
Azadlıq gözləyir o qızıl Şuşa !
Süleyman Hüseynov
_______________________________
QAYTARIN, ŞUŞAMI, QAYTARIN MƏNƏ
Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş dişə dirənib, iş işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə…
Göylərin sirrini Yerdə örtməyin,
Günahı məsciddə,pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin
Qaytarın Şuşamı, qaytarın mənə…
Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatmayın Quzanlılarla,-
Qaytarın Ağdamı, qaytarın mənə…
Qaytarın Şuşamı, qaytarın mənə…
Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə…
Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə…
Nə qədər silahı yağlamaq olar,
Nə qədər səngərdə ağnamaq olar,
Nə qədər efirdə ağlamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə…
Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə…
Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeiri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə…
Necə bacarırsız elə qaytarın…
Qaytarın Şuşamı, qaytarın mənə…
Ramiz Qusarçaylı
_____________________________
***
Necə görüşək, Şuşam...
Necə duyum səni mən?
Sənin səsin tutulub,
Mənimsə qulaqlarım.
Neçə görüşək, Şuşam...
Neçə öpüm gülündən?
Sənin güllərin solğun,
Mənimsə dodaqlarım.
Necə görüşək, Şuşam...
Neçə gəlim sənə mən?
Sənin yolların bağlı,
Mənimsə ayaqlarım.
Elman Tovuz
_________________________________
BU GÜN ÖMRÜMÜZÜN ŞUŞA GÜNÜDÜR
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, biliklənirik.
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
Bu gün ömrümüzün Şuşa günüdü,
Bu gün can yerinə, Şuşa deyirəm.
Qəlbimin səsini heç kim eşitmir,
Qəlbimin sözünü daşa deyirəm.
Biz axı düşmənə kin bəsləyənik,
Bəs niyə alammır o kin Şuşanı,
Siyasi rəssamlar sözdən qurtarın,
Zəfər meydanına çəkin Şuşanı.
Hərdən öz-özümə sual verirəm,
Bu xalq hansı günə yaraq saxlayır
Bir şair öyünür fəxri adıyla
Bir nazir başında papaq saxlayır.
Hanı o siyasət, hanı o dahi,
İllərdir ərimir, ərimir bu qar.
Görən nə düşünür millət, ilahi,
Axı lüğətində «kişi» sözü var!
Qeyrət qışqırıram kar qulaqlara,
Tənə eləyirlər, ələ salırlar.
Oturub hərə bir isti otaqda,
Torpaq əvəzinə rüşvət alırlar.
Yosun bığ, deputat efirə sığmır,
Dağıdır hər yana tüpürcəyini,
Vətən satılandan, torpaq gedəndən,
Düzəlib geyimi, başı, əyini.
Yalandan and içir, vətənə, xalqa,
Biz böyük millətik qana-qan deyir.
Evdə uşağına, arvadına da,
O can kəlməsini yalandan deyir.
Hərə bir tərəfdə baş girələyir,
Söz alır, söz satır gəlib-gedənlər,
Qəsrlər ucalıb buluda dəyir,
Piylənir qarınlar, şişir gödənlər.
Kimsəni tərpətmir Şuşa ağrısı,
Kimsəni ağrıtmır, kimsəni sıxmır.
Gülə qaçanların güllə məqamı,
Biri də yüyürüb qabağa çıxmır.
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, «biliklənirik»
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
Ayaz Arabaçı
________________________
***
Sənə hansı eşqdən dəm vurum axı?
Övladın Anaya məhəbbətindən?
Andıqca təpəmdən tüstülər çıxır,
Sənə övladlıq da etməmişəm mən!
Çoxda ki sözbaşı Anamsan dedim,
Əməlim əlimə boy da vermədi.
Mən sənə oğulluq edə bilmədim,
Sənə eşqim mənə bu gün türmədi.
Məni bağışlama, Şuşa, can Vətən!
Mən ki bu bəxşişə layiq deyiləm.
Öləndə qəbrimə yer də vermə sən,
Onsuz da diriykən ölü dəliyəm.
Elnur Uğur Abdıyev
________________________
***
“Mən aşıqəm Qarabağ,
Şəki, Şirvan Qarabağ...
Təbriz cənnətə dönsə-
Yaddan çıxmaz Qarabağ!”
Sevda dənizinin bir gəmisi var,
Tufanlar yorsa da o haqqa çatar...
Çalışıb yaşatmaq istəyində də-
Tale yollarında çox ağrılar var...
Boylandım yollara, qərinələrə,
Xəzanlı yolları ötmək istədim…
Çəkib dumanlardan, oddan-alovdan,
Sən keçən izindən öpmək istədim…
Qəfil xışıldadı ağacda yarpaq,
Sənin zərif ətrin qondu gül bağa.
Oxşadı çiçəyi, gülü dərmədi…
Dedi, apararsan o nakam dağa…
O dağda itginim, ruhu nigaran,
Anadan, bacıdan sığal görmədi…
Onun məzarıdır, dağda qayalar,
Heyif zəfərimi duya bilmədi…
Xan qızı, nakamların köçün görürsən,
Nə qədər mərdlərin qanıdır Şuşam.
O sönən oçaqlar, ağlar analar-
Lövbərdi düz yola, ağrılı yaşam…
Bu dərdi çəkməyə qəzəlin gərək,
Oxşaya qan düzündə bitən çiçəyi…
O ayna bulaqda, hər qayalıqda,
Didərgin cüyürü, itən kəkliyi…
Ərşə qara bulud göndərir Şuşam,
Deyir, dönün, baxın-, aham, fəryadam!
Mənim şüşə kimi gözəlliyimi,
Talayıb, çilikləyib- bu ada yadam!...
Bədirə Rza Həsənqızı
______________________
***
Qəh-qəh çəkmək dığalara,
Ağı demək bizə qaldı.
Cənnət- qara qarğalara,
Məscidlər dinsizə qaldı.
Qurd yerində çaqqal ular,
Qan qanayar İstisular,
Son harayın çəkdi Qular,
Sinəsində nizə qaldı.
Başsız bədən, buyur, yaşa,
Azərbaycan, hanı Şuşa?!
İgidlərin qara daşa,
Dərdin dönüb sözə qaldı...
Aygün Yaşar
______________________
***
Dur ayaqa üsyan elə
Al silahı sən al ələ
Can borcluyuq biz o elə
Susa - susa Şuşa qayıtmaz atam
Çək dişini daha ətdən
Bezmədinmi bu qələtdən
Ümid umma sən Atətdən
Susa-susa Şuşa qayıtmaz atam
Dünya səni çətin qana
Gozləməki sənə yana
Ya səngərə ya meydana
Susa-susa Şuşa qayıtmaz atam
Demə vardı arvad -usaq
Gec-tez onlar edər qınaq
At qələmi gəzmə varaq
Susa-susa Şuşa qayıtmaz atam
Dönmək üçün don özünə
Sahib çıx sən öz közünə
Bir yol inan öz sözünə
Susa- susa Şuşa qayıtmaz atam
Qoyulmasin dincə savaş
Həm qoca həm gəncə savaş
Hər bir sulhdən öncə savaş
Susa-susa Şuşa verilməz atam
Yurdsuz ürək quru candı
Bir ah çəkdin ürək yandı
Tək dərmanı qana qandı
Susa-susa Şuşa qayıtmaz atam
Manaf Kərimov
___________________________
BİZİ GÖZLƏYİR ŞUŞA
Şuşanın sitəm günü, əsir günüdür bu gün,
Hara yığışaq, ellər, hansı səmtə üz tutaq?
Bəlkə səbrin qırışmış libasını soyunub
Ütülü qeyrət geyib qəddimizi düz tutaq?!
Ovulmaz səbrimizlə bənzəməyək bir daşa,
Axı gözü yoldadır, bizi gözləyir Şuşa.
Nə yas kimi yasdı bu, nə həsrət kimi həsrət.
Nə kəsilir ümidi, nə bitir intizarı
Yoxdurmu bu ağrının bir çarəsi, məlhəmi?
Hardan tapdı bu xalqı nankorluq azarı? -
Buraxmışıq Şuşanı dərdləriylə baş-başa,
Gedib bir soruşan yox, halın necədir, Şuşa?
"Cıdır"ın hayqırtısı dərələrdə qırılır,
Başqa səmtə yellənir əsən küləklər indi...
Unuduruq ətrini dərdini unudan tək,
Barışır bu nisgillə küsən ürəklər indi...
...Qışını soruşmuram, bələdəm onsuz qışa,
Söylə, ürəyincəmi fəsli-baharın, Şuşa?
Bir gün tuşlanar bizə soyumaz nifrət kimi
Tarixin qan yaddaşı, keçmişimin edamı...
Bu gün çal-çağır, vüsat, dürlü-dürlü yarışlar,
"Cıdır"a nə ehtiyac? - Bakı cıdır meydanı.
Ucalan qəhqəhəmiz ərşə çatır birbaşa.
Süzür bizi qəzəblə gülüşü itkin Şuşa...
Bu gedişlə sabaha sönmüş bir ocaq qalar -
Qarabağ adlı rişə, Şuşa adlı soy yanır.
...Sevgili bayrağımız görüşünə tamarzı,
Hüsnünə həsrət kimi ha can atır, boylanır,
Gözləyir dağlarında dalğalanıb hey coşa.
Hər əsimdə car çəkə:
"Gözlərin aydın, Şuşa, gözlərin aydın, Şuşa"..
Lətafət Abıyeva
___________________________________
****
Gərək deyil, çiliklənmiş ümidləri götür, Tanrı.
O ümid ki, doğulandan dəydi daşa, böyümədi.
Neçə dənə süngü izi möhürləndi kürəyində,
Neçə dənə zəncir yeri damğalandı biləyində,
Neçə inam, neçə güman güllələndi qundağında,
Neçə istək qan gölündə boğularaq şəhid oldu bələyində...
Və tutulan neçə arzu çıxdı boşa, böyümədi.
Hər bir yağış damlasına, hər zərrəyə, hər yarpağa
nəzər salan, göz yetirən
müqəddəslər çıxdı yoxa,
Beşik-beşik qəbirləri, körpə-körpə meyitləri
görmək üçün göz gəlmədi.
Bəlkə...bəlkə çıxdı göyün cığırından,
O dualar, o pənahlar dərgahların yolun azdı, düz
gəlmədi.
Yer də, göy də Tanrıların inadına qarşı çıxdı,
Ta o vaxtdan Şuşa adlı məmləkətə yaz gəlmədi.
Açılmadı bənövşə də...
Beşiyində süngülənən körpələr tək düşdü qışa,
böyümədi.
Zamanından məkanına, yoxluğundan varlığına
hər nə varsa
bircə zərrə bu ağrını ovutmadı,
Qan içində nəfəs alan namusların fəryad səsi
yeri, göyü silkələdi,
Təkcə bizi oyatmadı,
Bəlkə onda körpə idi,
aldatdılar, apardılar- "böyüyəndə qayıdacan"...
Görən hələ boy atmadı?
Görən Şuşa böyümədi?
Elçin Məmmədov
Dalidag.az
Dalidag.az ayrı-ayrı müəlliflərin Şuşaya həsr olunmuş şeirlərini təqdim edir:
BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.
Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.
Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.
Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın,– deyirdi, – bu torpaqları!”
Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.
Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı…
Zəlimxan Yaqub
______________________
ŞUŞAYA GEDƏ BİLMİRƏM
Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.
Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.
Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.
Akif Səməd
___________________________
ŞUŞA
Mən susum, deyərsən qalanını sən
Gözlərindən axan yağışla, Şuşa.
Keçib, bir şairə yalanını sən
Bağışlaya bilsən, bağışla, Şuşa!
Allaha, dilinin duasına yox,
Haçansa verdyin sözə yenildin.
On – on beş erməni dığasına yox,
Tarixə saldığın izə yenildin.
Yenildin! Əlinə keçməz girəvə
Tarixin təkəri geri gedəndə.
Qafiyə olanda zirvəyə kirvə,
Kirvəni zirvəyə şərik edəndə…
Verdin əllərinlə düşmən əlinə,
Gələcək keçmişin izinə gəlir.
Qönçələr gül açır kimin dilinə,
Şuşada yaz kimin üzünə gəlir?
Bir ümid şamı var hər bir millətin.
Ölürsə o ümid, sönürsə o şam,
İnamın ayaqda qalması çətin…
Tale zirvəsində o şamdın, Şuşam.
Yenilmək Tanrıdan tərs şapalaqdı,
Baharı saralan kövşənə yazıq…
Bir xalqın başında Şuşa papaqdı,
Başından papağı düşənə yazıq…
Ucalmaq yeriymiş Şuşa, ucalmaq!..
Orda həsrət yerin, yer həsrətinmiş.
Eh hardan biləydim zirvədə qalmaq
Zirvəyə çıxmaqdan daha çətinmiş..
Ölümə gəl deyir həyatın “və”si
Nə həyat qanadı qırılmış quşa?!
Dağın zirvəsində dərdin zirvəsi,
Hər yandan görünən faciə- Şuşa!
Tanrım, bu nə keçmiş, nə gələcəkmiş,
Ona da ləkədi, buna da ləkə…
Yurdun sinəsində Şuşa ürəkmiş
Yaşaya bilərmi ürəksiz ölkə?!
Məmməd İsmayıl
_________________________
GETDİ
Ürəklər kül oldu öz arzusunda,
Evin təki getdi,qoşası getdi.
Arana köçənlər yandı susuzdan,
"Qırxbulaq","Ballıca","Qoşa su" getdi.
Ayım bəd gətirdi,ilim nəs oldu,
Bu dərd ömrüm boyu mənə bəs oldu.
Bu yandan " Ərgünəş" görünməz oldu,
O yandan " Topxana meşəsi" getdi.
Hamı insan idi öz torpağında,
Ölmək asan idi öz torpağında.
Hər kəs bir xan idi öz torpağında,
Elin xanı getdi,paşası getdi.
Sızladım,- gözümdə yaş parçalandı,
Beyin silkələndi,baş parçalandı.
Baxdım,-
yolum üstə daş parçalandı
Elə ki gözümdən daşa su getdi.
Ay Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan ürəyin yansın, tökülsün!-
Başına daş düşsün,
yıxılsın,
ölsün
Kimin ki əlindən ŞUŞASI getdi.
Əşrəf Veysəlli
____________________________
ŞUŞA
Ulu təbiətin bir gözəl qızı ,
Ana torpağımın ləzzəti , duzu ,
Şeir dünyasının söhbəti , sözü ,
Cənnət dediyimiz məkanın özü ,
Görəsən hardadır o gözəl Şuşa ?!
Sərin bulağından içən " yoldaşlar ",
Güllü cığırından keçən " yoldaşlar " ,
Abi - havasından məst olan başlar ,
Bəs niyə bircə yol soruşmayırlar :
- Görəsən hardadır o gözəl Şuşa ?!
Gülləni başına çaxmaq istəyən ,
Özünə qəhrəman , cəngavər deyən ,
Şuşanın varını talayıb , yeyən ,
Niyə soruşmayır , görəsən niyə ,
Ey Vətən , hardadır o gözəl Şuşa ?!
Ağrıdan inləyir yurd Azərbaycan ,
Başından tacını qoparıb nadan ,
Heyrətlə soruşur bu gün Pənah xan ,
Yolunda minlərlə verdiyim qurban ,
Ey Vətən , hardadır o gozəl Şuşa ?!
Qeyrətdən dəm vurma , yoxdursa Şuşam ,
Şuşasız gözlərdə daşlaşan yaşam ,
Vətənin qəlbindən asılan daşam ,
Min sorğu - suallı düşünən başam :
- Görəsən hardadır o gözəl Şuşa ?!
Kimin sərvətini gör kimlər yeyir ,
Kim kimə , ay Allah , "yaramaz" deyir ,
Anamın qəddini gör kimlər əyib ,
Suallar qəlbimi hey didir , yeyir :
- Görəsən hardadır o gözəl Şuşa ?!
Oyan igid Babək , Koroğlu babam ,
Düşmən əlindədir müqəddəs obam !
Pənah xan , tikdiyin möhtəşəm qala ,
Tikdinmi içində yağılar qala ?!
İndi murdardadır o gözəl Şuşa !
Çatmadı qeyrətim qoruyam onu ,
Oyanın , yetişsin bu oynun sonu ,
Yoxdursa bizlərin qəlbində təpər ,
Barı siz göstərin yenidən hünər ,
Nalədə , zardadır o gözəl Şuşa!
Oyanın , utandı bəlkə gül satan ,
Əlində silahla oynayan nadan ,
Bəlkə də bircə an dindi qeyrəti ,
Özündən sormağa çatdı cürəti :
- Görəsən hardadır o gözəl Şuşa?!
Oyanın , oyadın yatan milləti ,
Oyanın , oyadın yatan qeyrəti ,
Anaların ahı səsləyir sizi ,
Babaların ruhu səsləyir sizi ,
Tələsin , dardadır o gözəl Şuşa ,
Azadlıq gözləyir o qızıl Şuşa !
Süleyman Hüseynov
_______________________________
QAYTARIN, ŞUŞAMI, QAYTARIN MƏNƏ
Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş dişə dirənib, iş işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə…
Göylərin sirrini Yerdə örtməyin,
Günahı məsciddə,pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin
Qaytarın Şuşamı, qaytarın mənə…
Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatmayın Quzanlılarla,-
Qaytarın Ağdamı, qaytarın mənə…
Qaytarın Şuşamı, qaytarın mənə…
Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə…
Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə…
Nə qədər silahı yağlamaq olar,
Nə qədər səngərdə ağnamaq olar,
Nə qədər efirdə ağlamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə…
Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə…
Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeiri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə…
Necə bacarırsız elə qaytarın…
Qaytarın Şuşamı, qaytarın mənə…
Ramiz Qusarçaylı
_____________________________
***
Necə görüşək, Şuşam...
Necə duyum səni mən?
Sənin səsin tutulub,
Mənimsə qulaqlarım.
Neçə görüşək, Şuşam...
Neçə öpüm gülündən?
Sənin güllərin solğun,
Mənimsə dodaqlarım.
Necə görüşək, Şuşam...
Neçə gəlim sənə mən?
Sənin yolların bağlı,
Mənimsə ayaqlarım.
Elman Tovuz
_________________________________
BU GÜN ÖMRÜMÜZÜN ŞUŞA GÜNÜDÜR
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, biliklənirik.
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
Bu gün ömrümüzün Şuşa günüdü,
Bu gün can yerinə, Şuşa deyirəm.
Qəlbimin səsini heç kim eşitmir,
Qəlbimin sözünü daşa deyirəm.
Biz axı düşmənə kin bəsləyənik,
Bəs niyə alammır o kin Şuşanı,
Siyasi rəssamlar sözdən qurtarın,
Zəfər meydanına çəkin Şuşanı.
Hərdən öz-özümə sual verirəm,
Bu xalq hansı günə yaraq saxlayır
Bir şair öyünür fəxri adıyla
Bir nazir başında papaq saxlayır.
Hanı o siyasət, hanı o dahi,
İllərdir ərimir, ərimir bu qar.
Görən nə düşünür millət, ilahi,
Axı lüğətində «kişi» sözü var!
Qeyrət qışqırıram kar qulaqlara,
Tənə eləyirlər, ələ salırlar.
Oturub hərə bir isti otaqda,
Torpaq əvəzinə rüşvət alırlar.
Yosun bığ, deputat efirə sığmır,
Dağıdır hər yana tüpürcəyini,
Vətən satılandan, torpaq gedəndən,
Düzəlib geyimi, başı, əyini.
Yalandan and içir, vətənə, xalqa,
Biz böyük millətik qana-qan deyir.
Evdə uşağına, arvadına da,
O can kəlməsini yalandan deyir.
Hərə bir tərəfdə baş girələyir,
Söz alır, söz satır gəlib-gedənlər,
Qəsrlər ucalıb buluda dəyir,
Piylənir qarınlar, şişir gödənlər.
Kimsəni tərpətmir Şuşa ağrısı,
Kimsəni ağrıtmır, kimsəni sıxmır.
Gülə qaçanların güllə məqamı,
Biri də yüyürüb qabağa çıxmır.
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, «biliklənirik»
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
Ayaz Arabaçı
________________________
***
Sənə hansı eşqdən dəm vurum axı?
Övladın Anaya məhəbbətindən?
Andıqca təpəmdən tüstülər çıxır,
Sənə övladlıq da etməmişəm mən!
Çoxda ki sözbaşı Anamsan dedim,
Əməlim əlimə boy da vermədi.
Mən sənə oğulluq edə bilmədim,
Sənə eşqim mənə bu gün türmədi.
Məni bağışlama, Şuşa, can Vətən!
Mən ki bu bəxşişə layiq deyiləm.
Öləndə qəbrimə yer də vermə sən,
Onsuz da diriykən ölü dəliyəm.
Elnur Uğur Abdıyev
________________________
***
“Mən aşıqəm Qarabağ,
Şəki, Şirvan Qarabağ...
Təbriz cənnətə dönsə-
Yaddan çıxmaz Qarabağ!”
Sevda dənizinin bir gəmisi var,
Tufanlar yorsa da o haqqa çatar...
Çalışıb yaşatmaq istəyində də-
Tale yollarında çox ağrılar var...
Boylandım yollara, qərinələrə,
Xəzanlı yolları ötmək istədim…
Çəkib dumanlardan, oddan-alovdan,
Sən keçən izindən öpmək istədim…
Qəfil xışıldadı ağacda yarpaq,
Sənin zərif ətrin qondu gül bağa.
Oxşadı çiçəyi, gülü dərmədi…
Dedi, apararsan o nakam dağa…
O dağda itginim, ruhu nigaran,
Anadan, bacıdan sığal görmədi…
Onun məzarıdır, dağda qayalar,
Heyif zəfərimi duya bilmədi…
Xan qızı, nakamların köçün görürsən,
Nə qədər mərdlərin qanıdır Şuşam.
O sönən oçaqlar, ağlar analar-
Lövbərdi düz yola, ağrılı yaşam…
Bu dərdi çəkməyə qəzəlin gərək,
Oxşaya qan düzündə bitən çiçəyi…
O ayna bulaqda, hər qayalıqda,
Didərgin cüyürü, itən kəkliyi…
Ərşə qara bulud göndərir Şuşam,
Deyir, dönün, baxın-, aham, fəryadam!
Mənim şüşə kimi gözəlliyimi,
Talayıb, çilikləyib- bu ada yadam!...
Bədirə Rza Həsənqızı
______________________
***
Qəh-qəh çəkmək dığalara,
Ağı demək bizə qaldı.
Cənnət- qara qarğalara,
Məscidlər dinsizə qaldı.
Qurd yerində çaqqal ular,
Qan qanayar İstisular,
Son harayın çəkdi Qular,
Sinəsində nizə qaldı.
Başsız bədən, buyur, yaşa,
Azərbaycan, hanı Şuşa?!
İgidlərin qara daşa,
Dərdin dönüb sözə qaldı...
Aygün Yaşar
______________________
***
Dur ayaqa üsyan elə
Al silahı sən al ələ
Can borcluyuq biz o elə
Susa - susa Şuşa qayıtmaz atam
Çək dişini daha ətdən
Bezmədinmi bu qələtdən
Ümid umma sən Atətdən
Susa-susa Şuşa qayıtmaz atam
Dünya səni çətin qana
Gozləməki sənə yana
Ya səngərə ya meydana
Susa-susa Şuşa qayıtmaz atam
Demə vardı arvad -usaq
Gec-tez onlar edər qınaq
At qələmi gəzmə varaq
Susa-susa Şuşa qayıtmaz atam
Dönmək üçün don özünə
Sahib çıx sən öz közünə
Bir yol inan öz sözünə
Susa- susa Şuşa qayıtmaz atam
Qoyulmasin dincə savaş
Həm qoca həm gəncə savaş
Hər bir sulhdən öncə savaş
Susa-susa Şuşa verilməz atam
Yurdsuz ürək quru candı
Bir ah çəkdin ürək yandı
Tək dərmanı qana qandı
Susa-susa Şuşa qayıtmaz atam
Manaf Kərimov
___________________________
BİZİ GÖZLƏYİR ŞUŞA
Şuşanın sitəm günü, əsir günüdür bu gün,
Hara yığışaq, ellər, hansı səmtə üz tutaq?
Bəlkə səbrin qırışmış libasını soyunub
Ütülü qeyrət geyib qəddimizi düz tutaq?!
Ovulmaz səbrimizlə bənzəməyək bir daşa,
Axı gözü yoldadır, bizi gözləyir Şuşa.
Nə yas kimi yasdı bu, nə həsrət kimi həsrət.
Nə kəsilir ümidi, nə bitir intizarı
Yoxdurmu bu ağrının bir çarəsi, məlhəmi?
Hardan tapdı bu xalqı nankorluq azarı? -
Buraxmışıq Şuşanı dərdləriylə baş-başa,
Gedib bir soruşan yox, halın necədir, Şuşa?
"Cıdır"ın hayqırtısı dərələrdə qırılır,
Başqa səmtə yellənir əsən küləklər indi...
Unuduruq ətrini dərdini unudan tək,
Barışır bu nisgillə küsən ürəklər indi...
...Qışını soruşmuram, bələdəm onsuz qışa,
Söylə, ürəyincəmi fəsli-baharın, Şuşa?
Bir gün tuşlanar bizə soyumaz nifrət kimi
Tarixin qan yaddaşı, keçmişimin edamı...
Bu gün çal-çağır, vüsat, dürlü-dürlü yarışlar,
"Cıdır"a nə ehtiyac? - Bakı cıdır meydanı.
Ucalan qəhqəhəmiz ərşə çatır birbaşa.
Süzür bizi qəzəblə gülüşü itkin Şuşa...
Bu gedişlə sabaha sönmüş bir ocaq qalar -
Qarabağ adlı rişə, Şuşa adlı soy yanır.
...Sevgili bayrağımız görüşünə tamarzı,
Hüsnünə həsrət kimi ha can atır, boylanır,
Gözləyir dağlarında dalğalanıb hey coşa.
Hər əsimdə car çəkə:
"Gözlərin aydın, Şuşa, gözlərin aydın, Şuşa"..
Lətafət Abıyeva
___________________________________
****
Gərək deyil, çiliklənmiş ümidləri götür, Tanrı.
O ümid ki, doğulandan dəydi daşa, böyümədi.
Neçə dənə süngü izi möhürləndi kürəyində,
Neçə dənə zəncir yeri damğalandı biləyində,
Neçə inam, neçə güman güllələndi qundağında,
Neçə istək qan gölündə boğularaq şəhid oldu bələyində...
Və tutulan neçə arzu çıxdı boşa, böyümədi.
Hər bir yağış damlasına, hər zərrəyə, hər yarpağa
nəzər salan, göz yetirən
müqəddəslər çıxdı yoxa,
Beşik-beşik qəbirləri, körpə-körpə meyitləri
görmək üçün göz gəlmədi.
Bəlkə...bəlkə çıxdı göyün cığırından,
O dualar, o pənahlar dərgahların yolun azdı, düz
gəlmədi.
Yer də, göy də Tanrıların inadına qarşı çıxdı,
Ta o vaxtdan Şuşa adlı məmləkətə yaz gəlmədi.
Açılmadı bənövşə də...
Beşiyində süngülənən körpələr tək düşdü qışa,
böyümədi.
Zamanından məkanına, yoxluğundan varlığına
hər nə varsa
bircə zərrə bu ağrını ovutmadı,
Qan içində nəfəs alan namusların fəryad səsi
yeri, göyü silkələdi,
Təkcə bizi oyatmadı,
Bəlkə onda körpə idi,
aldatdılar, apardılar- "böyüyəndə qayıdacan"...
Görən hələ boy atmadı?
Görən Şuşa böyümədi?
Elçin Məmmədov
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-05-2020 15:56
Baxış sayı: 41 059
Yazı axını
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23