Bərdədə vətəndaşın xəbəri olmadan ünvanlı sosial yardım kartından pul çəkilib. Dalidag.az-ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakini, hazırda Bərdənin Otuzikilər kəndində yaşayan Sevindik İlyasovun başına gəlib. O, bir neçə gün əvvəl ünvanlı sosial yardım pulunun oktyabr ayına hesablanmış məbləgini almaq üçün kartını bankomata salıb. Lakin kartında pulun olmadığını görüb. Başına gələn hadisədən sonra o, bank əməkdaşlarına müraciət edib. Sevindik İlyasov deyir ki, 8 aydır ünvanlı sosial

GƏRƏK VULKAN PÜSKÜRSÜN AZƏRBAYCAN ŞAİRİ... Səxavət Kəlbəcərli yaradıcılığı haqqında düşüncələrim: “Tanrıdan istəmərəm bizlərə səbir versin, Vətəni qəlbən sevək, öləndə qəbir versin. Elə yazaq ,Prezdent döyüşə əmir versin Qarabağı heç zaman unutmayın şairlər”. Səxavət Kəlbəcərli Maraqlıdı ki, Kəlbəcər poeziyasını vərəqlədikcə hər bir şairin kimsəni təkrarlamayan özünə məxsus yaradıcılığının sehrinə düşürsən.Tutarlı metaforalar, həyatı mövzular əsil şairlər üçün həmişə var və olacaqdır. Belə

Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb. Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi

Təhsil Naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb. Dalidag.az xəbər verir ki, əmrə əsasən, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində noyabrın 4-də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatşılığı ilə “Turkse Unie Brüksel” mərkəzində

Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun “SeaNews” beynəlxalq gəmiçilik jurnalına müsahibə verib. Dalidag.az həmin müsahibəni təqdim edir: – Mübariz Mənsimov, sizi tanıya bilərik? – 1968-ci ildə Bakıda anadan olmuşam. Anam evdar xanım, atam liman işçisi idi. Mən 9 qardaşın dördüncüsüyəm. Məndən böyük 3 bacım var. Xəzər bəziləri üçün göl, bizim üçün isə dənizdir və Bakı bildiyiniz kimi, Xəzər dənizi sahilində yerləşir… Bundan ilhamlanaraq uşaqlığımda kapitan və ya dənizçi olmaq

Dalidag.az İlqar Rəsulun hekayəsini təqdim edir: DOVŞAN D ünən barmağımı əzmişəm, Bu gün yaman ağrıyır. Gecə yaxşı yata bilmədim, İndi yuxum gəlir... Əslində, mən qoçaq adam deyiləm, Qorxağam yəni. Lap Dovşan kimi qorxaq. Hər şeyə diksinən, Hər şeydən hürkən bir Dovşan yəni. Əvvəl belə deyildim. Yox, əvvəl belə deyildim. Ətrafdan ehtiyatlanmaq nə deməkdir? Gözümü qırpmadan gedərdim hər şeyin üstünə. Lap elə rəqiblərimin də, Lap elə düşmənlərimin də, Lap elə ölümün də... Sonradan... Sonradan

30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən

Həqiqətin qan-qan deyən caynağını ovucunda sıxıb yaşar əsl qadın. Dalidag.az Afət Viləşsoyun yeni şeirini təqdim edir: QADIN Gedənlərin arxasınca göz yaşının hədər axan sükutunu Üstündəki toz-toz olan yalnızlığı ələyəndə bilər qadın. Gözlərindən düşənləri silər qadın. Əllərini buraxanı həyatından ələr qadın. Qismət boyda, tale boyda,yazı boyda Yaşantının özü boyda olar qadın. Qadın, qadın... Tək qaş üzük kimidir o- Bəzəyini itirdisə,nazı itir, Sığalını itirdisə, üzü itir, Öpüşünü itirəndə

Alman Reyxi üçün xüsusilə təhlükəli cinayətkar" sayılan qəhrəman "əclaf" Mişel kimdir? Fransanın Franş-Konte vilayətindəki taxıl zəmilərindən biri alman faşistlərinin illərlə ələ keçirməyə çalışdıqları, qorxduqları "Ləyaqətsiz əclaflar" adlı partizan dəstəsinin son məkanı oldu. Orada qəhrəmancasına həlak olanlar arasında fransızların "Mişel" dedikləri azərbaycanlı Məhəmməd də vardı... " Bu insanlar barədə indiyədək çox yazılıb, deyilib. Hətta onların əməlllərindən bəhs edən film də çəkilib.
Yazı axını