Tarix həmişə sirli, müəmmalı hadisələri ilə çəkici və maraqlı olub. Yüzillərin o tayında gizlənən faktlar, hadisələr, əslində nə, nə cür və niyə suallarının cavabını özündə gizlədən məqamların illər sonra açılması da var... Hakimiyyət uğrunda açıq və gizli mübarizələr, müharibələr yaradılışın özünüdərkindən bu yana davam edir və davam edəcək... Dalidag.az bildirir ki, bu günə kimi Leninin hakimiyyətdən getməsi, ölümü haqqında müxtəlif fikirlər səsləndirilib. Həqiqət isə o fikirlərdən yalnız

...Qulaq yoruldu yalandan, Həsrət şişdi içimizdə. Bir xəbər al sağ qalandan, Kimlər getdi köçümüzdən... Kimlər getmədi ki?... Dərd deyilmir, dərd yaşanır deyillər. Yaşadıq dünyanın ən ağır dərdini-yurd acısı göynətdi içimizi. O, Laçın boyda dəyərin də köksü oyuldu torpaq dərdindən. Ağa kimi Ağa Laçınlı, sözünün ağası adam! Ruhun şad olsun deməyə cürətim çatmır. Ovcumda bir xışma Laçın torpağı olsa... 27 yaşlı dərdimizi götürüb bir dost şeirinin misralarında ağladım səni, özümü, Vətəni: XAN

Məşhur rusiyalı hərbi analitik, Rusiya Müstəqil Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyevin bir neçə il bundan öncə postsovet məkanında faşizmin qəhrəmanlaşdırılması əsasında yazdığı petisiya sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Dalidag.az xəbər verir ki, həmin petisiya o vaxtlar 200 mindən çox imza toplayıb. Ən maraqlısı isə rusiyalı hərbi ekspertin bu petisiyada Qaregin Njdenin SS-dəki fəaliyyəti ilə bağlı bəzi qaranlıq məqamlara toxunmasıdır. Perenciyev

İlk dəfə Çin hökumətinin Sincan Muxtar Bölgəsində uyğur türkləri üçün verdiyi təlimatlara dair rəsmi sənədlər mediada yayımlanıb. Dalidag.az xəbər verir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna (ICIJ) ötürülən sənədlər BBC və “Guardian” kimi nüfuzlu KİV-lər vasitəsilə tirajlanıb. Çin hökumətinə məxsus rəsmi sənədlərdə yüz minlərlə uyğur türkünün həbsxana və düşərgələrdə saxlanıldığı, işgəncələrə məruz qaldığı qeyd olunub. 17 media qurumunun əməkdaşlığı sayəsində ələ keçirilən

Vertolyotla Xankəndinə gələndən, burada “erməni diplomatlarının” sərsəmləməsindən canımızı qurtarandan sonra Şuşaya gedirdik. Xankəndi ilə Şuşanı birləşdirən “Ağa körpüsü”nü keçəndə - “Yeddi dolama”ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb “ceep”in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi,
Yazı axını