2003-cü ilin fevral ayının 23-də Həsən Turabov dünyasını dəyişdi. Onunla vida mərasimi Milli Dram Teatrının səhnəsində oldu. Səhər hələ heç kim yox idi, Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı. Baxırdı və eynəyinin altından dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan bulaq suyu kimi yanaqları boyu göz yaşları axırdı. Və elə bil

Türk tarixinin ən qara səhifələrindən biri Şah İsmayıl ilə Yavuz Sultan Səlimin, Səfəvi İmperiyası ilə Osmanlının qarşı-qarşıya gəlməsidir. Bu durum siyasi bir mücadilə olması ilə bərabər bu günə qədər şiə məzhəbi ilə sünni – Hənəfi məzhəbli türklərin çarpışması olaraq xarakterizə edilib və ya belə göstərilməyə çalışılıb. Bu tarixi hadisə aradan yüz illər keçməsinə baxmayaraq türk toplumunda təsirini göstərib: sosioloji, tarix, ədəbiyyat kimi sahələrdə bir çox əsərin mövzusuna çevrilib. Ələvi

“Volkswagen” şirkəti 1988-ci ildə “Time” jurnalında yayımlayacağı reklam seriyası üçün bir çox məşhurdan 100 il sonraya məktub yazmağı xahiş edib. Layihəyə qatılanlar arasında yazıçı Kurt Vonnequt da vardı. Yazıçı məktubunu Şekspirin “Hamlet” əsərindəki Poloniyi xatırladaraq başlayır: “Poloniyin ”Hər şeydən əvvəl özünə qarşı düzgün ol” deməyi yadınızdadır? Ya Müqəddəs İohann kilsəsində yazılan “Tanrıdan qorxun. Onu yüksəldin. Çünki onun mühakimə vaxtı gəldi!” əmrini xatırlayırsınız? Bu əsrdən

Dünya popunun kralı Maykl Cekson haqda bioqrafik film çəkiləcək. Dalidag.az xəbər verir ki, filmi Qaraham Kinq ekranlaşdıracaq. Ssenarini isə üç dəfə “Oskar” namizədi olan Con Loqnan ərsəyə gətirəcək. Çəkilişin nə vaxt başlayacağı və Mayklı kimin canlandıracağı bilinmir. Lakin bildirilir ki, filmdə Ceksonun həyatı hərtərəfli nümayiş etdiriləcək. Həmçinin, buraya onun pedofil olması da daxildir. Dalidag.az

Dünyayla hərə bir cürə vidalaşır. Bu insanlar həyata göz yumublar, ancaq ölüm ayağında onların dedikləri sözlər tarixdə qalıb. Müəlliflərin son sözləri onların pərəstişkarları arasında tez-tez mübahisə mövzusuna çevrilir — bu sözlərdə gələcək nəsillərə bir vəsiyyət, dərin mənalar axtaranlar da var, onları xəstə sayıqlamaları kimi qəbul edənlər də…. E. Heminquey “Gecən xeyrə qalsın, mənim pişiyim”- Qadınına dediyi son sözlər A.S.Puşkin “Nəfəs ala bilmirəm, ürəyim sıxılır...” A. A. Blok “Rusiya
Yazı axını