İrandakı sərt-xətt tərəfdarları arasında belə hökumətin benzinin qiymətini qaldırmasına səbəb olan genişmiqyaslı etirazlar, zorakılıqlar və təhlükəsizlik qüvvələrinin basqılarından sonra bir faktı anlayanlar var - bu, nümayişçilərin küçələrə son çıxışları olmayacaq. "Amerikanın səsi" bildirir ki, İran ABŞ-ın sarsıdıcı sanksiyaları ilə mübarizə apardığı, prezident Donald Trampın Amerikanın dünya qüdrətləri ilə Tehranın nüvə razılaşmasından birtərəfli şəkildə çıxdığı, ortaya çıxan sivil hökumət

Azərbaycan Televiziyası (AzTV) "Kəlağayı" sənədli filmini təqdim edib. Dalidag.az xəbər verir ki, film Bədii və Sənədli Filmlər Studiyası tərəfindən hazırlanıb. Film Azərbaycan kəlağayısının tarixi, onun fəlsəfi mahiyyəti, hazırlanma ənənələri, yayılma arealından bəhs edir. Filmdə kəlağayının və onun boyalarının hazırlanma texnikası təqdim olunur. Dalidag.az

Sirli rəqəm kimi yanaşılan 666 rəqəmi haqqında, daha doğrusu hər hansı bir müəmma ilə bağlılığı olub-olmadığı barədə çox az məlumat var. Əldə olunan məlumatlar isə çox qarışıqdır. Fərqli versiyalarda söylənilən fikirlər insanı çaşdırır. Dalidag.az sirli rəqəm haqqında bəzi məlumatları təqdim edir: “666” rəqəminin mənası Latın dilindən gəlir əslində. Bu dildəki rəqəmlər və onların oxuşu “666” -nı meydana gətirir. Mənası isə belədir: 666—>6+6+6=18 18—>1+8=9 Latın dilində “9” çox müqəddəs

1937-ci ildə Mustafa Kamal Atatürklə foto çəkdirən Rəmziyyə Tatlı 82 ildən sonra ortaya çıxıb. Dalidag.az xəbər verir ki, hazırda 98 yaşı olan Rəmziyyə Tatlı 1937-ci ildə Atatürkün Adana ziyarəti zamanı məktəbdə oxuyurmuş. Atatürk Adana səfəri zamanı onun oxuduğu İsmət Paşa Qızlar İnstitutuna baş çəkib. Ağbirçək xanım bildirib ki, Atatürkün onların məktəbini ziyarət edəcəyini eşitdikdə çox həyacanlanıblar: “Hər kəsə nəsib olmayan bir şans mənə düşdü. Atatürkün məktəbə daxil olduğu anı dünən

Ötən il Qax rayonu ərazisindəki Kürmük məbədini yolüstü ziyarət etdim. Qədim alban məbədi olan bu tarixi abidə Çar Rusiyası dönəmində kilsəyə çevrilib və ruslar bölgədə öz nüfuzunu gücləndirmək üçün xristianlığın təbliğində bu kilsədən də yararlanıblar. Bəlkə ona görədir ki, kilsəni ziyarətim bəzi dostlarımın ürəyincə olmamışdı, incə eyhamlarını sezə bilmişdim. Kilsələr və monastırlar həmişə məndə gizli maraq oyadıb; nədən onlar daha çox əlçatmaz yerlərdə, yüksəkliklərdə tikilib. Bəlli ki,

İstanbulun Bəyoğlu məhəlləsində yerləşən “Məsumiyyət muzeyi”ndə yanğın hadisəsi baş verib. Xilasetmə qrupları yanğını qısa müddətdə söndürüb. Dalidag.az xəbər verir ki, saat 23:30-da muzeyin zirzəmisində baş verən yanğının səbəbləri hələ də bilinmir. Muzeydən tüstü çıxdığını görən vətəndaşlar hadisəni yanğınsöndürmə və polisə bildirib. Xilasetmə qrupları müdaxilə edərək, yanğının ətrafa yayılmasının qarşısını alıblar. Yanğın nəticəsində muzeyin zirzəmisində ziyan dəyib. Araşdırmalar davam edir.
Yazı axını