“Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür”. Dalidag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib. Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C. Məmmədquluzadənin heykəlin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib: “Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata

Dalidag.az Frans Kafkanın hekayəsini təqdim edir: M ən evimizə qayıtdım, həyətdən keçib ətrafıma baxdım. Atamın köhnə həyətidir. Ortada bir gölməçə var. Köhnə, yararsız hala düşmüş alətlər üst-üstə qalanıb, eyvana çıxan pillələrin yolunu kəsib. Sürahinin üstündə oturmuş pişik pusquda dayanıb. Külək nə vaxtsa payanın ucuna bağlanmış cırıq yaylığı yelləndirir. Bu da evimiz! Məni kim qarşılayacaq? Mətbəxin qapısı arxasında gözləyən kimdir? Bacadan tüstü çıxır, yəqin, axşam yeməyinə qəhvə

"Əvəllər bizim İstanbulda seminarlarımız olurdu. Qarabağdan olan azərbaycanlı və erməni qadınları yığaraq seminarlar təşkil edir, sülhün əldə ediləcəyi təqdirdə onların birlikdə necə yaşaya biləcəyini müzakirə edirdik. Əslində bu beynəlxalq təşkilatların seminarı idi, sadəcə biz də qadınlarla orada iştirak edirdik. Bu qadın özü Bayılda yaşayıb, Bakı ermənisidir. Gəlib yanımda əyləşdi, başını mənə tərəf əyərək dedi ki, sizdən Bakının qoxusunu almaq istəyirəm. Həmin vaxt fotomuzu çəkdilər.

Abşeron rayonunda jurnalist Hacı Zeynalovun evindən oğurluq edən şəxslər həbs olunub. Bu barədə jurnalistin özü məlumat verib. Bildirib ki, ötən həftə Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğuruluğu törətməkdə şübhəli bilinən iki nəfər - Orxan Paşazadə və Əhməd Savdumov həbs edilib, bir neçə nəfərin isə şəxsiyyəti müəyyən olunub. Abşeron rayon Məhkəməsinin qərarı ilə hər iki şübhəli şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki,

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə ölkə ziyalıları, jurnalistlər, Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə
Yazı axını