Reklam
Cəlil Məmmədquluzadənin heykəli harada qoyula bilər? - AÇIQLAMA
18-11-2019 17:38

“Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür”.
Dalidag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.
Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C. Məmmədquluzadənin heykəlin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib: “Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata keçiriləcək”.
V. Əliyev heykəlin ucaldılacağı məkanın hələ müəyyənləşmədiyini də vurğulayıb: “Yalnız ekspertlərin rəyi nəticəsində heykəlin yeri müəyyənləşdiriləcək. Tağıyevin heykəlinin Bəhram Bağırzadənin təklif etdiyi yerdə qoyulması fikri qəbul olundu. Ola bilsin ki, Anarın verdiyi təklif də ekspertlər tərəfindən qəbul olunsun və heykəl onun dediyi yerdə ucaldılsın”.
Qeyd edək ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə AYB sədri, Xalq yazıçısı Anar Bakıda C. Məmmədquluzadənin heykəlinin ucaldılması təklifi ilə çıxış edib. O, bu yaxınlarda ədibin heykəlinin Qoşa Qala qapısının qarşısında, Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulmasını təklif edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-11-2019 17:38
Baxış sayı: 3532Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















