Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi" filminin təqdimatı keçirilib. Dalidag.az xəbər verir ki, Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş "Alı zirvəsi" filminin təqdimatı keçirilib. Tanınmış jurnalist Azər Süleymanlının aparıcılığı ilə keçirilən tədbirin əvvəlində qəhrəman

“Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib. Dalidag.az bildirir ki, layihəyə əsasən Azərbaycanın şimal bölgələrindən gənc kadrlar qatılıblar. İştirakçıların bilik və bacarıqları, şəxsi keyfiyyətləri müsabiqə və müsahibə yolu ilə müəyyənləşdirilib. Aralarından 7 nəfər təcrübəçi seçilib. İştirakçılar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Çeşidləmə stansiyasında “ADY SMART” əməliyyat sisteminin öyrənilməsi

Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər. Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir,

Y ay qurtarmışdı. Plyaj boşalmışdı. Qum soyumuşdu. Onlar qumun üstünə xalça salıb yanaşı uzanmışdılar. Arada Şərqiyyə başını qaldırıb ağır- ağır gözlərini onun üstündə gəzdirirdi. Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq vardır. O, xəyalən bu gözlərdən öpüb qımışdı. — Şərqi, səssizliyə fikir verirsən? — Mənim fikrim sənin maşınındadır. Ağ “ Volqa”dan yaman xoşum gəlir. Bir dön bax. Səncə nəyə oxşayır? Murad yanakı boylanıb çiynini çəkdi: —

Dalidag.az Məlahət Yusifqızının şeirlərini təqdim edir: NƏ UMACAQSAN Gündə, hər dəfə dönüb, başından çıxan huşam, Demə, göz yumacaqsan. Dağılmış yuvasının üstündən uçan quşam, Məndən nə umacaqsan?! Qanad çala bilmirəm bir səmtə, bir tərəfə, Bircə can daşısam da, gəlirəm çox hədəfə. Yuvam balalarım tək dağılanda hər dəfə, Tanrıya qaçacaqsan. Ümidin anasını düşmən ağladıb çoxdan. Varmı yaradacaqsan hər var olmayan yoxdan?! Boynun kəndirdən tutur, əl-ayağın çarmıxdan, Sən də unudacaqsan. Susmur,
Yazı axını