Reklam
Cavid Qurbanov təcrübəçi gənclərlə görüşdü -ŞƏKİLLƏR
21-11-2019 14:39
“Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib. Dalidag.az bildirir ki, layihəyə əsasən Azərbaycanın şimal bölgələrindən gənc kadrlar qatılıblar. İştirakçıların bilik və bacarıqları, şəxsi keyfiyyətləri müsabiqə və müsahibə yolu ilə müəyyənləşdirilib. Aralarından 7 nəfər təcrübəçi seçilib.
İştirakçılar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Çeşidləmə stansiyasında “ADY SMART” əməliyyat sisteminin öyrənilməsi üzrə təlimlərə cəlb olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həmin gənclərlə görüşüb. Onların təcrübə müddətində əldə etdikləri bilgilər, gələcək planları və sosial vəziyyətləri ilə maraqlanıb. Cavid Qurbanov dəmiryolçu olmaq istəyən gənclərə uğurlar arzulayıb.
Beləliklə, təlimlərdə müsbət nəticə göstərən gənc kadrlar yaşadıqları bölgələrdəki dəmir yolu stansiyalarında müvafiq işlə təmin olunublar. 2 nəfər Yalama, 2 nəfər Xudat, 3 nəfər isə Xaçmaz stansiyasında işə götürülüb. "Azərbaycan Dəmir Yolları" QSC gələcəkdə də gənc kadrların dəmir yolunda işə cəlb edilməsi istiqamətində sosial yönümlü layihələrin davam etdirilməsini nəzərdə tutur.
Dalidag.az








Kateqoriya: Karusel / Sosium
Tarix: 21-11-2019 14:39
Baxış sayı: 3739Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























