Reklam
Frans Kafkanın "Dönüş"ü -Hekayə
18-11-2019 16:20
Dalidag.az Frans Kafkanın hekayəsini təqdim edir:Məni kim qarşılayacaq? Mətbəxin qapısı arxasında gözləyən kimdir? Bacadan tüstü çıxır, yəqin, axşam yeməyinə qəhvə hazırlayırlar. Nəsə bir doğmalıq hiss olunur? Adam özünü evdə hiss eləyə bilir? Bilmirəm… Heç inanmıram… Düzdür, ata evidir, ancaq burda hər şey bir-birinə yaddır, elə dayanıblar ki, deyərsən hərə öz işi ilə məşğuldur. Bəzilərini unutmuşam, bəzilərini də heç tanımıram.
Onlar üçün mən kiməm ki?! Lap atamın – o qoca kəndlinin oğlu olmağımın da onlar üçün heç bir mənası yoxdur. Və mətbəxin qapısını döyməyə cəsarət etmirəm, uzaqda dayanıb mətbəxi dinşəyirəm. Elə uzaqdan dinşəyirəm ki, heç kəs qapını qəfildən açıb, mənim dinşədiyimi hiss eləyə bilməz. Və çox uzaqda dayanıb dinşədiyim üçün də heç nə eşidə bilmirəm, qulağıma yalnız saatın zəif çıqqıltısı gəlir, bəlkə, bu da elə uşaq vaxtından qulağımda qalıb… Mətbəxdə nə baş verirsə, orda oturanların məndən gizlətdikləri sirr kimi qalır.
Adam qapının ağzında nə qədər çox tərəddüd edirsə, o qədər də yadlaşır. Kaş indi kimsə qapını açıb məndən nəsə soruşaydı! Bəs onda elə mən özüm də o sirrini gizlədənlərdən biri olmazdımmı?!
Tərcümə etdi: Vilayət Hacıyev
Dalidag.az
Kateqoriya: Karusel / Tərcümə
Tarix: 18-11-2019 16:20
Baxış sayı: 3510Yazı axını
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
Ən çox oxunanlar





























