Reklam

"O, əsl faşist idi..."- 20 min günahsız insanın erməni qatili haqqında FAKTLAR
25-11-2019 14:41
Məşhur rusiyalı hərbi analitik, Rusiya Müstəqil Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyevin bir neçə il bundan öncə postsovet məkanında faşizmin qəhrəmanlaşdırılması əsasında yazdığı petisiya sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Dalidag.az xəbər verir ki, həmin petisiya o vaxtlar 200 mindən çox imza toplayıb. Ən maraqlısı isə rusiyalı hərbi ekspertin bu petisiyada Qaregin Njdenin SS-dəki fəaliyyəti ilə bağlı bəzi qaranlıq məqamlara toxunmasıdır.
Perenciyev faktlar gətirərək, Njdenin məhz faşistlər tərəfdə vuruşduğunu qeyd edib:
“O, əsl faşist idi. Məhz Qaregin Njdenin rəhbərliyi altında SS-in Ermənistan legionu 20 mindən çox günahsız SSRİ vətəndaşını vəhşicəsinə qətlə yetirir. Bu “cəzalandırma əməliyyatında” Njde şəxsən iştirak edib. Bu insanın əlləri bizim əcdadlarımızın qanına bulaşıb. Bu vəhşiliklərin Njde tərəfindən törədilməsi isə sovet məhkəməsi tərəfindən sübuta yetirilib. Buna dair sənədlər də mövcuddur. Hətta Stalinin ölümündən sonra Njde bəraət almayanlar siyahısında qaldı”.
Qeyd edək ki, “cəzalandırma əməliyyatı” zamanı 6000-ə yaxın yaşayış məntəqəsində qətliamlar törədilib, 700 yaşayış məntəqəsi isə orada yaşayan insanlarla bir yerdə tamamilə məhv edilib. 186 kənd bu günə qədər bərpa olunmayıb. Səbəb – bu kəndlərdə yaşayan insanların kökü kəsilib (hamilə qadınlar və şikəst insanlar belə vəhşicəsinə öldürülüb).
Dalidag.az



Yazı axını
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
Ən çox oxunanlar