Reklam
Repressiya "sunamisi"nin udduğu "işıqlar"
04-11-2019 21:55
30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır.
Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdi.
Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü.
Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar — İ.V.Stalin və L.Beriyanın repressiya «sunamisi» bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltaraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu.
Əlbəttə, burada bizim məqsədimiz repressiyaya məruz qalan şəxsiyyətlərimiz haqqında tarixi araşdırmalar aparmaqdan ibarət deyil. Bu barədə son otuz ildə yetərincə tədqiqatlar aparılıb, kitablar nəşr olunub, bədii və sənədli filmlər çəkilib, bundan sonra da yəqin ki, bunlar davam etdiriləcək. Xüsusilə, 80-ci illərin sonları — 90-cı illərin əvvəllərində yuxarıda adını sadaladığım və çəkmədiyim müəlliflərin repressiya olunmasına dair arxiv sənədləri üzə çıxarılmış, məhvedilmə səbəblərinə aydınlıq gətirilməyə çalışılmışdır. Ancaq repressiya hadisəsinə yanaşmanın metodologiyası işlənib hazırlanmadığından hələ də sovet repressiya maşınının törətdiyi cinayətlərin müəllifi, səbəbləri qeyri-müəyyən qalır.
Maraqlıdır ki, repressiyadan keçən zaman müddəti uzaqlaşdıqca onun ətrafında çəkilən qeyri-müəyyənlik, anlaşılmazlıq haləsi bir qədər də böyüyür. Halbuki, keçən hər zaman onun başvermə mexanizmini, səbəblərini və bu siyasi aksiyanın müəlliflərini daha aydın şəkildə ortaya qoymalı idi. Fikrimizi çağdaş mətbuat səhifələrində repressiyaya aid öz əksini tapan qeyri-dəqiq mülahizələr, fakta söykənməyən fikirlər də sübut edir. Bu mülahizələr cəmiyyətdə istər dövrün, istərsə də repressiyanın anatomiyasını bütün təfərrüatı ilə açmadığı kimi, doğru-düzgün informasiya mənbəyi də olmur. Söhbət repressiya dövrü maraqlılarının, bəzən isə hətta tədqiqatçıların çox zaman həmin dövrün qəzet və arxiv materiallarından gətirdiyi sitatların, mənbələrin doğru olub-olmadığından getmir, həmin faktları, çıxışları, məqalələri düzgün metodoloji yanaşma ilə dəyərləndirməməkdən gedir.
Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq ədəbi cameənin Cavidə şəxsi münasibəti həmişə yaxşı olub, ona böyük hörmətlə yanaşılıb. Y.V.Çəmənzəminli «Studentlər» romanını «kontrevolyunsion» mahiyyətli əsər hesab edənlərə özünümüdafiə məqsədilə deyirdi: «İndi bu gün Oktyabr inqilabının XX illiyinə aid iki əsər hazırlayıram. Birisi Vaqif dövrünə aid 15 peçatlıq list romandır. İkincisi, Mingəçevir məsələsi barəsində ən aktual məsələdir. Mən zənn edirəm ki, aktual sahədə nə qədər əsər yazmışam, hamıdan yaxşı olacaqdır».
Ümumiyyətlə, Yazıçılar İttifaqında «düşmən axtarmaq» (həm də tapırdılar!), «agent», «pantürkist» tapmaq, «müsavatçı» aşkara çıxarmaq tendensiyası bir müddət davam etmişdir. Repressiya olunan şair və yazıçıların istintaq sənədlərini araşdırarkən sağ qalan yaradıcıların bəzilərinin adının bu sənədlərdən keçdiyini görmək olur. Onların da təşkilatın üzvü olduqları iddia edilir. Lakin hansısa səbəblərə görə onlar repressiyadan yaxa qurtara bilmişlər. Ancaq repressiyadan yaxa qurtarmalarını onlara qarşı ittiham aktına çevirmək nə dərəcədə doğrudur? Ü.Hacıbəyovu sağ qaldığına görə necə günahlandırmaq olar? Halbuki, onun sağ qalmasını möcüzə hesab etmək olar: keçmiş cümhuriyyətçi, AXC-nin rəsmi qəzeti «Azərbaycan»ın bir müddət baş redaktoru bu günə qədər yeni quruluşu qəbul etməsi haqqında bəyanat da verməmişdi (mənim bildiyim qədər!). Qardaşı Ceyhun bəy Hacıbəylinin mühacirətdən Sovetləri tənqid edən yazıları, yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşacağı barədə bəyanatları mərkəzi və yerli hakimiyyətin nəzərlərini Ü.Hacıbəyova yönəltməmiş deyildi!..
Belə bir mülahizəni də tamamilə doğru hesab etmək olmaz ki, Oktyabra, Leninə, Stalinə əsərlər həsr edən sənətkarlar repressiyadan yaxa qurtara bilmişlər, dövrü, zamanı tənqid edənlər isə repressiyaya uğramışlar. Onlarla misallar göstərmək olar ki, yeni cəmiyyəti öz əsərlərində təqdir edənlər repressiya qasırğasının qurbanı olmuşlar. Böyükağa Talıblı, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli və başqalarının yaradıcılığında hansı antisovet meyldən danışmaq olar? «Molla Nəsrəddin»i «Allahsız» edən və onun redaktoru olan Vəli Xuluflu hansı millətçiliyinə görə repressiya olunub? Üstəlik, onlar Kommunist Partiyasının üzvü idilər və cani-dildən bu sistemə xidmət etmişdilər. M.Müşfiqin onlarla poetik şeirlərində və poemalarında dövrün və sistemin hadisələri təqdir olunurdu. Ə.Cavad kimi cümhuriyyətçi şair sovet dövründə zamanın diqtəsindən kənar bir əsər belə yazmadı («Göygöl» şeirini və bəzi sətiraltı mənaları çıxmaq şərtilə), əksinə, «Moskva», «Oktyabr», «Pambıq dastanı» və başqa dövrü təqdir edən şeirlər yazsa da, repressiyadan yaxa qurtara bilmədi.
Bununla Ə.Cavad yaradıcılığına qətiyyən xələl gətirmək fikrimiz yoxdur. Maraqlıdır ki, müasirləri Ə.Cavadı onu tənqid hədəfi edərkən «Göy göl»dən başqa bir şeirinin belə adını çəkmirlər, yalnız Cümhuriyyət dövrü yaradıcılığını təftiş edirdilər.
Ə.Cavad özü bir çıxışında qeyd edir ki, mən «Oktyabr» şeirini yazıram, ancaq mənə redaksiyada «bunun səmimi olmadığını» irad tuturlar. Bəlkə Hacı Kərim Sanılının poeziyasında hansısa antisovet meyllər olmuşdur? Yaxud yeni dövrü və siyasəti yaradıcılığında ən çox tərənnüm edənlərdən biri M.Müşfiqin repressiyasını onun əsərləri, yaxud olmayan siyasi fəaliyyəti ilə necə əlaqələndirmək olar? Bu fikirlərlə mən onların yaradıcılığının mahiyyətinə zərrə qədər də xələl gətirmirəm. Bu, ayrı bir söhbətin mövzusudur.
Bütün bunlar 30-cu illər repressiyasının dövlət səviyyəsində keçirilən analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya olduğunu deməyə əsas verir. Burada hər hansı bir şəxsin «əl izlərini» axtarmaq rejimi, sosialist sistemini təmizə çıxarmaq deməkdir. Mətbuatda gedən şeirlərin, yaxud məqalələrin onların repressiyası üçün hər hansı bir əsas olduğunu da birmənalı şəkildə söyləmək doğru yanaşma olmazdı.
Araşdırmalar göstərir ki, bu məqalə və şeirlər onların həbsindən sonra yazılmışdı. Lakin həbsdən çox əvvəl yazılmış məqalə və şeirlərin də zaman-zaman ittiham aktına çevrildiyinin şahidi olmuşuq. Yeri gəlmişkən, bir çox tədqiqatçılar repressiya olunmuşlar haqqında araşdırmalar apararkən bu məqalələrə istinad etmək və onu sonrakı istintaq materialları ilə əlaqələndirmək tendensiyasına daha çox üstünlük verirlər. Məsələn, H.Cavidin repressiyasının izlərini sənətkar yoldaşlarında axtarır və bu zaman S.Vurğunun —
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan
Bəs mənim ölkəmin varlığı hanı
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan.
— sətirlərinə diqqəti yönəldirlər. Lakin unudurlar ki, bu sətirlər repressiyadan bir neçə il əvvəl yazılmış və sırf yaradıcılıq baxışlarını sənət və sənətkar, sənətkar və mövzu kateqoriyalarını özündə ehtiva edir. Hətta bu misraların özündə belə gənc Vurğunun Cavidə olan sonsuz sayğısını görməmək olmur («Böyük bir şairin»).
Doğrudur, bu yazılarda bəzi sərt ifadələr var, ancaq bunun o dövrün leksikonunda adi hal hesab olunduğunu da yaddan çıxarmaq olmaz. Aydındır ki, H.Cavidi ədəbi tənqid çox zaman böyük bir sənətkar olaraq dəyərləndirmiş, lakin yeri gəldikcə tənqid etməkdən də çəkinməmişlər.
Belə tənqidi məqalələrdən birini sonralar repressiya olunmuş tənqidçi H.Zeynallı 1923-cü ildə yazmışdır. H.Cavidin «Peyğəmbər» dramına həsr olunmuş bu məqalə həm həcminə, həm də Cavid yaradıcılığını zamanında obyektiv dəyərləndirməsinə görə özünə qədər və sonra yazılan ən yaxşı məqalələrdən biri hesab olunmalıdır.
Bu araşdırmaya səhv yanaşma nəticəsində şairin həbsindən on dörd il əvvəl yazılmış bir məqalənin tənqidi yerlərindən sitatlar gətirib (kontekstdən çıxararaq!) onu repressiya ilə əlaqələndirmək (?!) heç bir məntiqə sığmır. Yaxud, H.Cavid haqqında ən kəskin tənqidlərdən birinin zamanını və müəllifini gizli saxlayıb onu ədəbi cameəyə təqdim etsək, o, birmənalı şəkildə qınaq obyekti olacaq, bu çıxışın müəllifi onun repressiyasında günahlandırılacaq. Halbuki bu çıxış repressiyadan üç il əvvəl Azərbaycan Yazıçılar İttifaqının 1-ci qurultayında (1934) C.Cabbarlı tərəfindən edilmişdi.
Əgər biz istintaq sənədlərinin doğruluğuna inanmalı olsaq, repressiya olunanların işində onun ifadəsi zamanı alınan adlardan ibarət siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar yoldaşlarının adlarını çəkmişlər? Həbs olunanların demək olar ki, əksəriyyəti ifadələrində müstəntiqə uzun bir siyahı verirlər. Bunu kiminsə ələ verilməsi kimi başa düşmək olarmı? Əliabbas Müznibin istintaqı zamanı «pantürkist təşkilatın üzvü» kimi qardaşı Əmin Abidin adını çəkməsini onu satması kimi qiymətləndirmək olarmı?
Hələ gənc yaşlarından Sibir sürgününün acısını dadmış bu millətçi şairin ahıl yaşında öz qardaşını ələ verməsini necə düşünmək olar? Halbuki bunlar istintaq sənədlərində öz əksini tapmışdır. Fikrimizcə, bütün bunlara istintaq materialları kimi baxmaq və onlara hüquqi qiymət vermək ədəbi materiallara metodoloji cəhətdən düzgün yanaşmamağın nəticəsidir. Bu cür faktlar çoxdur, biz yalnız onlardan bəzilərinə toxunduq. Həqiqətdə isə repressiyanın anatomiyası çox mürəkkəbdir və onu bir-iki faktla məhdudlaşdırmaq və dərhal nəticələr çıxarmaq düzgün olmazdı.
30-cu illərin analoqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən ayırmadı (bu maddi, statistiklərin hesablayacağı itkidir), həm də onminlərlə oxuma və yazma savadı olmayan adamları belə ağuşuna alaraq xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu (bunu isə artıq statistiklər heç cür hesablaya bilməz!). Neçə-neçə bədii düşüncə, mənəvi-əxlaqi dəyərlər məhv oldu, nəticədə ən böyük ziyanı xalq çəkdi. O xalq ki, onun adı ilə bu təmizlənmə «alqışlandı», «satqınların», «xalq düşmənləri»nin mühakiməsi «tələb edildi». Bunu isə hər hansı bir fərdin kimisə satmasının, yaxud danos yazmasının üzərinə qoymaq olmaz. Bu, bütövlükdə sistemin, hakimiyyətin (hətta bir çox məqamlarda hakimiyyət təmsilçilərinin özü belə repressiyaya məruz qalırdı), avtoritar rejimin adına yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində qalmış (hələ nə qədər bizə gəlib çatmayan sənədlər də olmuşdur) məqalələrə, fikirlərə isə metodoloji cəhətdən düzgün yanaşmaq ən doğru yoldur.
Dalidag.az

Kateqoriya: Karusel / Tənqid-fikir
Tarix: 04-11-2019 21:55
Baxış sayı: 3709
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02