Azərbaycanın məşhur messenatı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir. Dalidag.az xəbər verir ki, artıq ərazidə işlərə start verilib və təmirdən sonra malikanə əvvəlki görkəminə qaytarılacaq. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqların gətirilməsi nəzərdə tutulur. 2 mərtəbəli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı

Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə doğulub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin

Anton Çexov Rus yazarları arasında öz dərin intellektiylə tanınan A.Çexov uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi. Dükanda spirtli içkilər də satıldığından atası balaca Antonu dərsə getmək əvəzinə, əl-ayaq işlərində çalışdırırmış, oğurluq

Ata yurdumuz Cəbrayılın sayılıb-seçilən ziyalılarından olan Vaqif Əlisoyun bu günlərdə mənə göndərilən “Kaş gözlərim kor olaydı...” adlı kitabını oxuyandan sonra artıq tarixə qovuşan ağrı-acılı günlərimizin aynasına çevrilmiş kitab və onun müəllifi barədə düşüncələrimi oxucularla bölüşməyi özümə borc bildim. Elə bəri başdan deyim ki, keçmiş mübarizə yoldaşımın-Vaqif Əlisoyun bədnam qonşularımızın üstümüzə addım-addım gəldiyi günləri, qanlı 20 Yanvardan sonrak; günlərdə paytaxt Bakıdan uzaqlarda

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Dalidag.az xəbər verir ki, Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası

D eyirlər ki, Bəhlul Danəndə boş vaxtlarında çay kənarına gəlib, orada gildən evcik düzəldərdi. Bir gün Harun ər-Rəşidin xanımı Zibeydənin yolu çay sahilinə düşür. Bəhlul yenə gildən evcik düzəltməklə məşğul idi. Düzəltdiyi evin qarşısında bağçaya bənzər sahə ayırmış, buraya bir neçə ot-ələf basdırmışdı. Zibeydə yaxın gəlib Bəhluldan soruşur: “Bəhlul, burada nə edirsən?” Bəhlul cavab verir: “Cənnət düzəldirəm. Bax, bu, cənnət qəsridir. Bu isə ətrafındakı bağçadır. Bu ağacların altından süd

Dalidag.az Əziz Nesinin hekayəsini təqdim edir: ÖLMÜŞ EŞŞƏYİN MƏKTUBLAR I S evimli eşşəkarısı!Bundan əvvəlki məktublarımda yazdığım kimi ölmüşdüm, amma ölməyimi heç cürə rəsmiləşdirə bilmirdim.Yer üzündə “rəsmən” yaşamaq da, “rəsmən” ölmək də çətindir.Xəstəxananın zirzəmisində mənim kimi bir neçə ölü vardı.Sağ tərəfimdə gənc bir kişi, sol tərəfimdə yaşlı bir qadın uzanmışdı. Gəncdən: — Siz nədən ölübsünüz? – deyə soruşdum. — Özümü öldürmüşəm. – dedi. — Necədir, özünü öldürmək asandımı? — Oho…

Uilyam Şekspir eyni gündə anadan olmuş və dünyasını dəyişmişdir: o 23 aprel 1564-cü ildə doğulmuş və 52 il sonra həmin gündə də dünyasını dəyişmişdir. Şekspirlə eyni gündə daha bir dahi yazıçı dünyadan köçmüşdür. Bu Migel de Servantes idi. “Don Kixotun” müəllifi 23 aprel 1616-cı ildə vəfat etmişdir. Şekspirin həm müasirlərinin bildirdiyinə görə o brakonyerliklə məşğul olurdu. Belə ki, o ser Tomas Lyusinin sahib olduğu ərazilərdə maral ovuna çıxırdı və sözü keçən ser Lyusidən heç icazə belə

Hardasa bir çiçək yağışa dönər, Hardasa bir bulud ot tayasına, Hardasa bir ağrı aha söykənər, Hardasa bir qadın öz həyasına... Dalidag.az Aybəniz Əliyarın şeirlərini təqdim edir: OYUN Bu oyunun adı bir az həyatdı, Bu oyunun adı bir az tamaşa. Bilirəm ki, hisslərin də boyatdı, Bir kimsən yox, yollarına dolaşa. Qurd oyunu quzu ağlı qədərdi, Gecələrin səbri bir az kasaddı. Kor bəxtinə naz eyləmək hədərdi, Sevgiləri, bilirsən də... azaddı... Mən hələ ki rəngləyirəm saçımı, Ağ dənləri gizlədirəm

Dalidag.az Rasim Qaracanın hekayəsini təqdim edir: ƏYRİ EVİN QADINI K işi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024