Reklam
Aybəniz Əliyar: "Əlimdə bir ovuc köhnəlmiş dua..." -ŞEİRLƏR
11-11-2019 15:19
Hardasa bir çiçək yağışa dönər,
Hardasa bir bulud ot tayasına,
Hardasa bir ağrı aha söykənər,
Hardasa bir qadın öz həyasına...
Dalidag.az Aybəniz Əliyarın şeirlərini təqdim edir:
OYUN
Bu oyunun adı bir az həyatdı,
Bu oyunun adı bir az tamaşa.
Bilirəm ki, hisslərin də boyatdı,
Bir kimsən yox, yollarına dolaşa.
Qurd oyunu quzu ağlı qədərdi,
Gecələrin səbri bir az kasaddı.
Kor bəxtinə naz eyləmək hədərdi,
Sevgiləri, bilirsən də... azaddı...
Mən hələ ki rəngləyirəm saçımı,
Ağ dənləri gizlədirəm aynadan.
Gizlədirəm hər ağrımı, acımı,
Adamım yox hisslərimi oynadan.
Bu oyun da məndən keçdi hələ ki...
Keçdim eşqin çörəyindən, suyundan.
Bəlkə tezdi, bəlkə gecdi,
hələ ki
Düşünürəm, başım çıxmır oyundan.
BİR OVUC YALAN
Lap çox oldu eyni anı bölüşməyəli,
Yoox, bu deyil iki qəlbin bir atışması.
Deyirlər ki, çox uzundur hicranın əli,
Bu deyimlə mən heç zaman olmadım razı.
Əhli- halam, istəyimin qulluğundayam,
Dağ istəsəm, dağa çıxıb dağçı olaram.
Od ol, desə, od olaram, su, desə, suyam,
Bağ istəsəm, bağa düşüb bağçı olaram.
Təki könlüm bu həyatdan nəsə istəsin,
Darıxmağı darıxmaqsa, susmaqla yetməz.
Ayrılanlar hisslər üçün nə deyir desin,
Mənim üçün eşq dediyin bitməz ki, bitməz.
Eşq dediyin yaşayacaq dünya da dursa,
Qəlbin onu addım-addım gəzəcək hər an.
İki könül bir sevdanı yaşamayırsa,
Eşq özü də dönüb olur bir ovuc yalan.
Gəl indi sən bu bir ovuc yalanla dolan...
Bax gör səni səndən alıb hara çırpacaq...
Yalan olub puç olursa gözlədiyin an,
Özünü də isitməyir çatdığın ocaq.
***
Gecə-gecə üşüyürəm yenə də,
Zaman-zaman diksinirəm özümdən...
Asta-asta ürək vurur sinədə,
Yavaş-yavaş azalıram dözümdən.
Gülə-gülə qəlb sındırır qismətin,
Körpə-körpə söz uyudur qucağım.
Lopa-lopa qar yağdırır həsrətin,
Köz-köz olur xatirələr ocağım.
Ləçək-ləçək nur saçıram bəzən də...
Ulduz-ulduz dəniz yağır saçımdan.
Şeir-şeir böyüyürəm gözündə,
Yana-yana boylanırsan içimdən.
İncə-incə toxuyuram hissləri,
Tez-tez küsüb qoymayırsan toxuyam.
Həzin-həzin layla çalır gözlərin,
Şirin-şirin əl edirəm yuxuya...
Uzun-uzun istəyirəm ki, baxam,
Gözlə... Gözlə...
Görürəm ki, bitmişəm.
Birdən-birə ayılıram ki, yoxam,
İçin-için bilirəm ki, getmişəm...
***
Əlimdə bir ovuc köhnəlmiş dua
Bu göyün üzünü göyərtmir nədir?
Neçə milyon ildi, neçə min ildi,
Yol gedir, işığa, nura yol gedir...
Kimik biz, hələ də suallar qalır,
Bir az dinəsiyik, bir az susası.
Nə mənim bakirə ruh ağacım var,
Nə sənin əlinin qələm əsası...
Yox, səndə günah yox, göy üzü də saf,
Yəqin görüş vaxtın yalan qurmuşam.
İşi uydurmaqdı axı şairin,
Bu yalançı bəxti mən uydurmuşam.
Bəli, öz-özümdə əksik nəsə var,
Özümdə olanı özüm görmərəm.
Nə sən qayıdarsan qaranquş kimi,
Nə mən sərçələrə könül vermərəm...
Hardasa bir çiçək yağışa dönər,
Hardasa bir bulud ot tayasına,
Hardasa bir ağrı aha söykənər,
Hardasa bir qadın öz həyasına...
Ümidlər göyərər göz yaşlarından,
Bir quru təsəlli çayları tutmaz,
Gözlərini yumar, yatdı sanarsan,
Rəngbərəng xəyallar gecəni yatmaz.
***
Adına gözəl deyilən,
Bax, nə varsa, bizim deyil.
Gerçəyi az, yalanı çox,
Çox nə varsa, bizim deyil.
Günəş yatıb kölgəmizdə,
Biz də şahıq bölgəmizdə.
Durmayıbsa cərgəmizdə,
Çıx, nə varsa, bizim deyil.
Düz görünməz düzün mıxı,
Şeirə girməz sözün mıxı.
Belədirsə dözüm mıxı,
Mıx nə varsa, bizim deyil.
İddiası çoxdu bunun,
Altı-üstü p...xdu bunun.
Başqa adı yoxdu bunun,
Yox nə varsa, bizim deyil.
Dünya deyil özbaşına,
Bulaşdıra üst-başına.
Yaxıbsa da, öz başına
Yax nə varsa, bizim deyil.
***
Hərdən qapı cırıldayar,
kötək dəymiş külək kimi.
Zəif-zəif günəş sönər,
sevgisi puç ürək kimi.
Yolda boş-boş boylanmağa
dözməz daha sinirləri,
Artıq dayanmaq gücünü
itirər yol fənərləri...
Gələn-gedən dəyməz gözə,
yolçusu yox bu yolların.
Ürək yolu da boş qalar,
bəxt sarıdan yoxsulların.
Yenə də xoşbəxt görünər
qaranlıqda küçə iti.
Kimsə bilməz tənhalığın
şairlərlə qəsti nədi.
KÖHNƏ SAAT
Yenə qəmlə əqrəbləşir
Divarda kəfkirli saat.
Bir o üzə, bir bu üzə
Çımxırır:
"Qısadır həyat!"
Özü zamanın quyruğu,
Kəfkirindən də bəllidir.
Bir o üzə, bir bu üzə
Əqrəblərini yellədir.
Rəqəmləri bərk yapışıb,
Ətəklərindən zamanın.
Qatı çəkilmir nə vaxtı
Gözünə çökən dumanın.
Necə görünür kənardan
Zamanın ötməsi, baxın...
Eləcə qəlbi döyünür
Saatın, arın-arxayın...
Qulaqlarım uğuldayır,
Dinləyirəm, bu nə səsdi?
Özü oyaqdı,
nə vaxtdı,
Bəxti yatıb, xəbərsizdi.
***
Eviməcən gəldi qoxun,
otağımacan yayıldı.
Üzümdən-gözümdən öpdü,
dodağımacan yayıldı.
Niyə gəldi, necə gəldi,
yox idi səbəbi, adı.
Ən iti küləklərdən də
tez gəlib məni haqladı.
Qaçdım-qaçdım öz-özümdən,
qaçmaq olar haçanacan?
Yayıldı barmaqlarımdan
tellərimin ucunacan.
İçimdə o taxt-tac quran
qürurlu qadını boğdu.
Özün bir fağır bəndəsən,
ətrinin insafı yoxdu.
Həyatımın nizamını
pozur, ya elə, ya belə...
Başın üstə Tanrın olsun,
ətrinə yiyəlik elə.
***
Mən darıxanda
göy üzünün yanaqlarıma toxunduğunu
hiss eləmişəm,
buludların sinəmə qonduğunu.
Çaylar damarlarımdan keçib,
balıqlar sürüşüb düşüb
göylərin çarhovuzundan.
İşıldaböcək kimi
nur istehsal edib gecənin Ay sancağı.
Hardasa bir evin xəyal bacasından
körpə qığıltısını
bir hacıleylək dənləyib səhərəcən.
Mən darıxanda
göy üzünün hıçqırtısından
kişnərti səsi gəlib,
yağışların səsindən at nalının tappıltısı.
Dədəm Qorqudun qopuzundan bir sim qopub,
tellərimin hörgü yerinə sancılıb.
Torpağın yaz nəfəsində
bir dəstə bənövşə ürəkləri isidib.
Boz ayın çalın-çarpaz yuxusundan
şəlalələr boylanıb Ağrı dağı boyda.
Çıraqqalamda ərənləşən qayaların
qartal qanadı havalanıb,
Yürüşlərində bir görklü adamın ürəyinə
duman sevdası qonub,
Tutub qalxdığı daşların
zirvə olmaq arzusunu özüylə götürüb,
Yaşlaşdıqca heykəlləşib,
heykəlləşdikcə zirvə olub.
Hardasa o zirvədə sarmaş-dolaş bir yuvanın
sarmaşıq əlləri boş qalıb,
iki ürək bir olmayıb deyə...
Mən darıxanda
gerçəkliyimi ört-bas edib,
saxta təbəssümlü ilıq şeirlərim.
( Ən qaynar şeirim
dizlərinin qəribsəmiş həsrətinə
baş qoyduğum andı.)
Başımı qatıb iki bəndin arasındakı
boş keçən axtarış ümidləri.
Üç nöqtə dirənişi
qurtuluşu olmayan bir gözlənişə çevrilib.
Vergüldən sonra gəldi
bütün deyə bilmədiklərim, susdum.
Nida saxtalığından başqa
bir şey deyilmiş həyat, anladım...
Sual ölümün kölgəsindəki yaş məzardan
novruzgülü ətri dərməkdi, bildim...
Hardasa
darıxmaqdan sonra yarandı bütün yollar,
Gördüm...
***
Sən gecəyə pəncərəsən,
gündüzə ayna,
Gündüz Günəşlə,
gecə də Ayla oyna...
Uçuqlamış dodaqların
bir yuxunun əlçatmazlığına,
şişmiş gözlərin
bir sevdanın dönməzliyinə.
Sən körpə gecənin
əmzik ayı kimi
döşüsüddü yol,
Unut sınıq-salxaq ruhunu,
xəyallarındakı kimi ol.
Gecənin pəncərəsində pərdə,
gündüzün aynasında,
Sən bütün pərdələrdə pünhan,
bütün donlarda çılpaq,
Məni sevdalı kimi gör,
Mənə Qadın kimi bax...
ASIN BU QIZI
Göydə bir qız asıb özün,
Saçları buluddan uzun.
Yaxşı ölməyib, deyirlər,
Çıxarın, təzədən asın!
Səpib yenə göy üzünə,
Ulduz kimi hər tükünü.
Təzədən qəm verin ona,
Təzədən çatın yükünü.
"Eşq" yazılıb ürəyinə,
onu silin, "ölüm" yazın.
Əllərinə boy verməyin,
Ayağından daşlar asın.
Kəm baxdı gün işığına,
Taleyinə olmadı ram.
Gözlərinin işığını,
Çıxarıb söndürün tamam.
Günəşə meydan oxuyur,
Saçındakı hər təzə dən.
Dünyanın gözü önündə,
Asın bu qızı təzədən.
Aybəniz Əliyar
Dalidag.az
Hardasa bir bulud ot tayasına,
Hardasa bir ağrı aha söykənər,
Hardasa bir qadın öz həyasına...
Dalidag.az Aybəniz Əliyarın şeirlərini təqdim edir:
OYUN
Bu oyunun adı bir az həyatdı,
Bu oyunun adı bir az tamaşa.
Bilirəm ki, hisslərin də boyatdı,
Bir kimsən yox, yollarına dolaşa.
Qurd oyunu quzu ağlı qədərdi,
Gecələrin səbri bir az kasaddı.
Kor bəxtinə naz eyləmək hədərdi,
Sevgiləri, bilirsən də... azaddı...
Mən hələ ki rəngləyirəm saçımı,
Ağ dənləri gizlədirəm aynadan.
Gizlədirəm hər ağrımı, acımı,
Adamım yox hisslərimi oynadan.
Bu oyun da məndən keçdi hələ ki...
Keçdim eşqin çörəyindən, suyundan.
Bəlkə tezdi, bəlkə gecdi,
hələ ki
Düşünürəm, başım çıxmır oyundan.
BİR OVUC YALAN
Lap çox oldu eyni anı bölüşməyəli,
Yoox, bu deyil iki qəlbin bir atışması.
Deyirlər ki, çox uzundur hicranın əli,
Bu deyimlə mən heç zaman olmadım razı.
Əhli- halam, istəyimin qulluğundayam,
Dağ istəsəm, dağa çıxıb dağçı olaram.
Od ol, desə, od olaram, su, desə, suyam,
Bağ istəsəm, bağa düşüb bağçı olaram.
Təki könlüm bu həyatdan nəsə istəsin,
Darıxmağı darıxmaqsa, susmaqla yetməz.
Ayrılanlar hisslər üçün nə deyir desin,
Mənim üçün eşq dediyin bitməz ki, bitməz.
Eşq dediyin yaşayacaq dünya da dursa,
Qəlbin onu addım-addım gəzəcək hər an.
İki könül bir sevdanı yaşamayırsa,
Eşq özü də dönüb olur bir ovuc yalan.
Gəl indi sən bu bir ovuc yalanla dolan...
Bax gör səni səndən alıb hara çırpacaq...
Yalan olub puç olursa gözlədiyin an,
Özünü də isitməyir çatdığın ocaq.
***
Gecə-gecə üşüyürəm yenə də,
Zaman-zaman diksinirəm özümdən...
Asta-asta ürək vurur sinədə,
Yavaş-yavaş azalıram dözümdən.
Gülə-gülə qəlb sındırır qismətin,
Körpə-körpə söz uyudur qucağım.
Lopa-lopa qar yağdırır həsrətin,
Köz-köz olur xatirələr ocağım.
Ləçək-ləçək nur saçıram bəzən də...
Ulduz-ulduz dəniz yağır saçımdan.
Şeir-şeir böyüyürəm gözündə,
Yana-yana boylanırsan içimdən.
İncə-incə toxuyuram hissləri,
Tez-tez küsüb qoymayırsan toxuyam.
Həzin-həzin layla çalır gözlərin,
Şirin-şirin əl edirəm yuxuya...
Uzun-uzun istəyirəm ki, baxam,
Gözlə... Gözlə...
Görürəm ki, bitmişəm.
Birdən-birə ayılıram ki, yoxam,
İçin-için bilirəm ki, getmişəm...
***
Əlimdə bir ovuc köhnəlmiş dua
Bu göyün üzünü göyərtmir nədir?
Neçə milyon ildi, neçə min ildi,
Yol gedir, işığa, nura yol gedir...
Kimik biz, hələ də suallar qalır,
Bir az dinəsiyik, bir az susası.
Nə mənim bakirə ruh ağacım var,
Nə sənin əlinin qələm əsası...
Yox, səndə günah yox, göy üzü də saf,
Yəqin görüş vaxtın yalan qurmuşam.
İşi uydurmaqdı axı şairin,
Bu yalançı bəxti mən uydurmuşam.
Bəli, öz-özümdə əksik nəsə var,
Özümdə olanı özüm görmərəm.
Nə sən qayıdarsan qaranquş kimi,
Nə mən sərçələrə könül vermərəm...
Hardasa bir çiçək yağışa dönər,
Hardasa bir bulud ot tayasına,
Hardasa bir ağrı aha söykənər,
Hardasa bir qadın öz həyasına...
Ümidlər göyərər göz yaşlarından,
Bir quru təsəlli çayları tutmaz,
Gözlərini yumar, yatdı sanarsan,
Rəngbərəng xəyallar gecəni yatmaz.
***
Adına gözəl deyilən,
Bax, nə varsa, bizim deyil.
Gerçəyi az, yalanı çox,
Çox nə varsa, bizim deyil.
Günəş yatıb kölgəmizdə,
Biz də şahıq bölgəmizdə.
Durmayıbsa cərgəmizdə,
Çıx, nə varsa, bizim deyil.
Düz görünməz düzün mıxı,
Şeirə girməz sözün mıxı.
Belədirsə dözüm mıxı,
Mıx nə varsa, bizim deyil.
İddiası çoxdu bunun,
Altı-üstü p...xdu bunun.
Başqa adı yoxdu bunun,
Yox nə varsa, bizim deyil.
Dünya deyil özbaşına,
Bulaşdıra üst-başına.
Yaxıbsa da, öz başına
Yax nə varsa, bizim deyil.
***
Hərdən qapı cırıldayar,
kötək dəymiş külək kimi.
Zəif-zəif günəş sönər,
sevgisi puç ürək kimi.
Yolda boş-boş boylanmağa
dözməz daha sinirləri,
Artıq dayanmaq gücünü
itirər yol fənərləri...
Gələn-gedən dəyməz gözə,
yolçusu yox bu yolların.
Ürək yolu da boş qalar,
bəxt sarıdan yoxsulların.
Yenə də xoşbəxt görünər
qaranlıqda küçə iti.
Kimsə bilməz tənhalığın
şairlərlə qəsti nədi.
KÖHNƏ SAAT
Yenə qəmlə əqrəbləşir
Divarda kəfkirli saat.
Bir o üzə, bir bu üzə
Çımxırır:
"Qısadır həyat!"
Özü zamanın quyruğu,
Kəfkirindən də bəllidir.
Bir o üzə, bir bu üzə
Əqrəblərini yellədir.
Rəqəmləri bərk yapışıb,
Ətəklərindən zamanın.
Qatı çəkilmir nə vaxtı
Gözünə çökən dumanın.
Necə görünür kənardan
Zamanın ötməsi, baxın...
Eləcə qəlbi döyünür
Saatın, arın-arxayın...
Qulaqlarım uğuldayır,
Dinləyirəm, bu nə səsdi?
Özü oyaqdı,
nə vaxtdı,
Bəxti yatıb, xəbərsizdi.
***
Eviməcən gəldi qoxun,
otağımacan yayıldı.
Üzümdən-gözümdən öpdü,
dodağımacan yayıldı.
Niyə gəldi, necə gəldi,
yox idi səbəbi, adı.
Ən iti küləklərdən də
tez gəlib məni haqladı.
Qaçdım-qaçdım öz-özümdən,
qaçmaq olar haçanacan?
Yayıldı barmaqlarımdan
tellərimin ucunacan.
İçimdə o taxt-tac quran
qürurlu qadını boğdu.
Özün bir fağır bəndəsən,
ətrinin insafı yoxdu.
Həyatımın nizamını
pozur, ya elə, ya belə...
Başın üstə Tanrın olsun,
ətrinə yiyəlik elə.
***
Mən darıxanda
göy üzünün yanaqlarıma toxunduğunu
hiss eləmişəm,
buludların sinəmə qonduğunu.
Çaylar damarlarımdan keçib,
balıqlar sürüşüb düşüb
göylərin çarhovuzundan.
İşıldaböcək kimi
nur istehsal edib gecənin Ay sancağı.
Hardasa bir evin xəyal bacasından
körpə qığıltısını
bir hacıleylək dənləyib səhərəcən.
Mən darıxanda
göy üzünün hıçqırtısından
kişnərti səsi gəlib,
yağışların səsindən at nalının tappıltısı.
Dədəm Qorqudun qopuzundan bir sim qopub,
tellərimin hörgü yerinə sancılıb.
Torpağın yaz nəfəsində
bir dəstə bənövşə ürəkləri isidib.
Boz ayın çalın-çarpaz yuxusundan
şəlalələr boylanıb Ağrı dağı boyda.
Çıraqqalamda ərənləşən qayaların
qartal qanadı havalanıb,
Yürüşlərində bir görklü adamın ürəyinə
duman sevdası qonub,
Tutub qalxdığı daşların
zirvə olmaq arzusunu özüylə götürüb,
Yaşlaşdıqca heykəlləşib,
heykəlləşdikcə zirvə olub.
Hardasa o zirvədə sarmaş-dolaş bir yuvanın
sarmaşıq əlləri boş qalıb,
iki ürək bir olmayıb deyə...
Mən darıxanda
gerçəkliyimi ört-bas edib,
saxta təbəssümlü ilıq şeirlərim.
( Ən qaynar şeirim
dizlərinin qəribsəmiş həsrətinə
baş qoyduğum andı.)
Başımı qatıb iki bəndin arasındakı
boş keçən axtarış ümidləri.
Üç nöqtə dirənişi
qurtuluşu olmayan bir gözlənişə çevrilib.
Vergüldən sonra gəldi
bütün deyə bilmədiklərim, susdum.
Nida saxtalığından başqa
bir şey deyilmiş həyat, anladım...
Sual ölümün kölgəsindəki yaş məzardan
novruzgülü ətri dərməkdi, bildim...
Hardasa
darıxmaqdan sonra yarandı bütün yollar,
Gördüm...
***
Sən gecəyə pəncərəsən,
gündüzə ayna,
Gündüz Günəşlə,
gecə də Ayla oyna...
Uçuqlamış dodaqların
bir yuxunun əlçatmazlığına,
şişmiş gözlərin
bir sevdanın dönməzliyinə.
Sən körpə gecənin
əmzik ayı kimi
döşüsüddü yol,
Unut sınıq-salxaq ruhunu,
xəyallarındakı kimi ol.
Gecənin pəncərəsində pərdə,
gündüzün aynasında,
Sən bütün pərdələrdə pünhan,
bütün donlarda çılpaq,
Məni sevdalı kimi gör,
Mənə Qadın kimi bax...
ASIN BU QIZI
Göydə bir qız asıb özün,
Saçları buluddan uzun.
Yaxşı ölməyib, deyirlər,
Çıxarın, təzədən asın!
Səpib yenə göy üzünə,
Ulduz kimi hər tükünü.
Təzədən qəm verin ona,
Təzədən çatın yükünü.
"Eşq" yazılıb ürəyinə,
onu silin, "ölüm" yazın.
Əllərinə boy verməyin,
Ayağından daşlar asın.
Kəm baxdı gün işığına,
Taleyinə olmadı ram.
Gözlərinin işığını,
Çıxarıb söndürün tamam.
Günəşə meydan oxuyur,
Saçındakı hər təzə dən.
Dünyanın gözü önündə,
Asın bu qızı təzədən.
Aybəniz Əliyar
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 11-11-2019 15:19
Baxış sayı: 31 117
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02