Qərbi Azərbaycan İcması dünya icmaiyyətini Erməni Qriqorian Kilsəsinin dini xadimlərinin sülh əleyhinə fəaliyyətini pisləməyə çağırıb.
Dalidag.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb.
Lakin Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücü ilə çalışırlar. Çox narahatlıq doğuran haldır ki, həmin prosesləri Erməni Qriqorian Kilsəsinin dini xadimləri fəal rol alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.
Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi günlərdə Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqorian Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırır.
Reklam
Qərbi Azərbaycan İcması bəyanat yaydı
05-05-2024 20:46
Kateqoriya: Sosium
Tarix: 05-05-2024 20:46
Baxış sayı: 3155
Yazı axını
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
Ən çox oxunanlar