“17.11.1988, GÜLTƏKİN ANA”. Düz 31 ili geridə qoyub bu yazı. Dirəniş, dözüm və əzmkarlıq göstərərək. Saplarının rəngi kimi ağ olmasa da, qara tarixi ilə... Türkçülüyü, müasirliyi, eyni zamanda islamiyyəti başı üzərində gəzdirmək istəyən xalqın tarixi... Ağa qara yaxan Sovet hökumətinin qanlı zamanlarının şanlı yadigarıdır bu üçrəngli qumaş. Gültəkin Həsənovanın əllərinin zəhməti, gözlərinin nuru, ürəyinin sevgisi ilə tikilən dördbucaqlı dövlət. O dövlət ki, 1988-ci ildə elə onu tikən şəxs

Dalidag.az çağdaş türk ədəbiyyatının ünlü simalarından olan şair-yazıçı Çınar Arıkanın ağrı-acımızı əks etdirən "Bir tay ayaqqabı" hekayəsini təqdim edir. Qeyd edək ki, hekayəni Azərbaycan türkcəsinə Sevinc Qərib uyğunlaşdırıb. B İR TAY AYAQQABI 23 fevral 1992-ci il. Azərbaycanın Dağlıq Qarabağ Bölgəsi. Xocalı. Havada ayaz var, olduqca soyuqdu. Şaxta buz kimi kəsir. Kərimin ailəsi isti sobanın ətrafına yığışıb qızınmağa çalışır, soyuq eynlərinə də deyil. Sabah ailənin ən kiçik üzvü Həsrətin 7

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür. Dalidag.az xatırladır ki, Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli

Bu gün saz-söz sənətinin görkəmli nümayəndəsi , ustad aşıq Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlunun doğum günüdü. Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər

Bu gün Abbas Mirzə Şərifzadənin ölüm günüdür. Yazıram və özümə də qəribə gəlir – onun ölüm günü haradan bəlli oldu ki... 1937-38-ci illərin repressiyasına düşənlərin hansı gün, harada, sorğu-sualsız, məhkəməsiz-qanunsuz qətlə yetirildikləri bəllidirmi..? Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Mirzə Rəsul Şərifzadə müəllim olub. Anası Mələk-Nisə erkən vəfat edib. Mirzə Rəsul həyat yoldaşının

Xərçəng xəstəliyindən vəfat edən türkiyəli Neslican Taya heykəl qoyulub. Dalidag.az xəbər verir ki, sosial media fenomeni olan gənc qıza qoyulan abidə Bodrum bələdiyyəsinin qarşısında yerləşdrilib. Heykəlin müəllifi Mustafa İşeri onunla bağlı yayılan xəbərlərdən çox təsirləndiyini və bu səbəblə də onu ölümsüzləşdirimək istədiyini bildirib. Qeyd edək ki, 4 il əvvəl ayağının birini itirən Neslican xəstəliyinə baxmayaraq, hər zaman pozitiv paylaşımları ilə eyni xəstəlikdən əziyyət çəkən insanlara

“Hansısa QHT və ya 5-ci kolon tərəfindən ermənilərin Azərbaycana gətirilməsi yolverilməzdir”. Dalidag.az xəbər verir ki, bu sözləri lent.az-a erməni jurnalistlərin Bakıya gəlişi barədə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, dövlət marağı dairəsində düşmən ölkə vətəndaşlarının ölkəyə gətirilməsinin normal olduğunu bildirib: “Bununla bağlı açıqlamamız oldu. Hansısa QHT və ya 5-ci kolon tərəfindən ermənilərin Bakıya, ümumən Azərbaycana gətirlməsi Azərbaycanın

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri oktyabrın sonu və noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK

Gördüm ki,bir az da ümiddi yollar, aldadıb keçsə də həyat çox vədə. Dalidag.az Qədiməli Əhmədin şeirlərini təqdim edir: *** Sən mənim içimdə qəhr olan şəhər, Bəlkə də,ünyetməz uzaq yoldu bu. Vaxtın qismətində qəzadan qədər... Belə istəmədik,belə oldu bu. Durmuşam fikirlər astanasında, Soyuq divarlar da sıxır qatarda. Bir yarpaq arzu da tükənir sonda, Bağlı ümidlərə yoxdu açar da. Yenə eşidilir ağır fit səsi, Bir səsin ağrısı ömrümə bəsdi. Mənim xəyalımda yıxılan yollar Elə bil sinəmdə susan

Amerikalı mərhum aktrisa Merilin Monro haqqında yeni iddia ortaya atılıb. Dalidag.az xəbər verir ki, Merilin Monro Amerika prezidenti Con Kennedinin ad günündə "Ad günün mübarək, cənab prezident" mahnısını ifa edən zaman sarı rəngli əlbisədə olub, alt paltarı isə geyinməyib. Bu haqda rejissor Mayk Nikols danışıb. O, “Merlindən arxa tərəfdə dayanmışdım. Onun alt paltarı geyinmədiyi açıq görsənirdi. Əlbisə çox dar idi. Onu dərzilərin köməyi ilə geyinmişdi” deyb. Qeyd edək ki, həmin əlbisə üç il
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024