Sabah Bayraq günü qeyd ediləcək Sabahdan ölkə ərazisində 3 gün iş olmayacaq. Belə ki, noyabr ayının 9-u Bayraq günü qeyde edilir. Bu gün qeyri-iş günü hesab edilir. Lakin bu il bayram şənbə gününə təsadüf edir. Bunun üçün də növbəti həftənin ilk iş günü - 11 noyabrda qeyri-iş günü hesab ediləcək. Nəticədə 9 (şənbə),10 (bazar) və 11 (bazar ertəsi) noyabr tarixlərində 3 gün ardıcıl istirahət günü olacaq. Dalidag.az

“Aslanın erkəyi, dişisi olmaz” deyib atalar. Bəlkə də atalar bunu döyüşçü qadınlar üçün deyib, bilmirəm, ancaq hər halda bir yaranış səbəbi vardır. Ataların bu sözünü dəstəkləyərək gündəmə gətirməyimin səbəbi isə bax, o aslan kimi qadınlardan biridir. Bu atalar sözü əyninə biçilmiş onlarla, yüzlərlə qadın var ki, ömür vəfa etsə boyasız qələmimlə onların da “rəsmini çəkməyi” düşünürəm. Adını çoxdan eşidib, imzasıyla daha əvvəldən tanış olsam da şəxsini son illərdə tanımışam. Və nədənsə ilk

Dalidag.az İlyas Əfəndiyevin hekayəsini təqdim edir: XƏNCƏR B u əhvalat İran Azərbaycanının kiçik bir şəhərində oldu. Şəhərin arxa tərəfi meşə,qabaq tərəfi isə göz işlətdikcə uzanıb gedən geniş düzənlik idi.Palçıqdan hörülmüş hündür barılar içində yerləşən və demək olar ki,hamısı bir mərtəbədən ibarət kərpic evlərin yalnız damları görünürdü. Bir ilə yaxın idi ki,şəhər xoşbəxt günlər keçirirdi...Bir ilə yaxın idi ki,İran Azərbaycanında milli hökumət qurulmuşdu.Dukanların üzərindən farca lövhələr

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. Dalidag.az bildirir ki, bu barədə şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır. Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”. Dalidag.az

Saray musiqiçisi və içki alüdəçisi olan atası dörd yaşlı Bethoveni piano çalmağa məcbur edən kəskin xasiyyətli bir adam idi. Bethovenin barmaqları isə bunun üçün çox kiçik idi, lakin qəddar ata onu məcbur edirdi. Dalidag.az alman bəstəkar Lüdviq Van Bethoven haqda yazını təqdim edir. Bethoven uşaqlıq illərində musiqini sevməmişdi,əksinə, musiqiyə nifrət edirdi. Atasının şöhrətpərəstliyi Bethovenin uşaqlıq illərini zəhərə çevirmişdi. Onun gələcəkdə özünün belə fəth edə bilməyəcəyi zirvəyə

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Milli Kitabxanasının rəisi Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabah ilə görüşüb. Tarix İnstitutundan verilən məlumata görə, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, "Qarabağ tarixi” şöbəsinin müdiri, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və

Dalidag.az Azər Qismətin hekayəsini təqdim edir: SON NƏFƏS E vdəkilərdən savayı kimsə bilmirdi ki, ailənin qocası üç gündən sonra öləcək. Həkim demişdi ki, "aparın evə, orada doğma mühitdə canını tapşırsın". Ölümünə çoxdan hazırlıqlı olan ailə üzvləri həkimin pıçıltısına əməl etdilər. Gənc oğlan demişdi ki, "onu ölümə gülə-gülə yola salın". Dırnaq ucu boyda işığın gəlməyəcəyini bilən nəslin davamçıları qocanın iztirablarının azalmasına çalışıb ən adi məsələni şişirdib genişləndirir, söz oyunu

Səməd Vurğun öz həyat yoldaşı Xavər xanımı ilk görəndə qız 7-ci sinifdə oxuyurdu. Elə o vaxtlar şair Xavər xanıma bir məktub yazmışdı və bir müddət sonra ailə qurmuşdular. Məktubun mətni Dilbər Axundzadənin "Müşfiqli günlər” kitabına daxil edilib. Dalidag.az kulis.az-a istinadən həmin məktubu və onun yazılma şəraiti ilə bağlı xatirəni təqdim edir. "Xavər xanım Səmədlə ilk tanışlığını belə xatırlayır: "Hümmət Əlizadənin toyuydu. Abdulla Şaiqgildə anam mənə dedi, gəl gedək! Mən 7-ci sinifdə

Bir dua,bir sevgi M ozes Mendelson çox yaraşıqlı bir adam deyildi. Üstəlik, həm qozbel, həm də qısaboy idi. Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi. Bu ticarətçinin, Fromet adlı çox gözəl bir qızı var idi. Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu. Ancaq bu gözəl qız üçün nəinki onun sevgisinə cavab vermir,hətta üzünə belə baxmaq istəmirdi. Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi. Ancaq qızın hələ də

Radio (lat. radio - şüalandırıram, şüa buraxıram; radius - şüa) - naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsi ilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun tarixçəsi - radio həyatımıza nə vaxt daxil oldu. Kim icad etdi. İlk radio dalğaları necə yaradıldı? Televiziya bu gün ən məşhur elektronik xəbərləşmə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024