Anar Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevə açıq məktub yazıb. Dalidag.az bildirir ki, o, sözügedən mətndə Anarı və qurumun digər yaşlı rəsmi şəxslərini ietefa verməyə çağırıb: "Salam, hörmətli Anar Rzayev! Bildiyimiz kimi bu gün ölkədə köklü şəkildə kadr islahatları aparılır. Zamanla ayaqlaşaraq gənclərə yol vermək, bütün sahələrə yeniləşməni gətirmək günün, idarəçiliyin ana xəttidir. Hətta Prezident İlham Əliyev bu

"İnsandan başqa bütün canlı varlıqlarda ancaq şəxsi mənafe var. Məmur var ki, ancaq şəxsi mənfe daşıyıcısıdır, məmur da var ki, ictimai mənfe daşıyıcısıdır" Prof.Şahlar Əsgərov, Əməkdar elm xadimi Ölkə başçısının son kadr islahatları cəmiyyət tərəfindən məmunluqla qarşılandı. Bu məmunluğun yaranmasının səbəbi nədir? –sualına bu yazıda cavab verilir. Müxtəlif iclaslarda, TV və KİV-lərdə siyasətçilərin, ziyalıların çıxışlarında “şəxsi mənafe” və “ictimai mənafe” sözlərindən gəlişigözəl sözlər

Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında çox az məlumat var. Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil

Niderlandlı araşdırmaçı Sara Krombax bu ilin oktyabrında Amsterdam Universitetində “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası müdafiə edib. Dalidag.az xəbər verir ki, dissertasiya Azərbaycanda ciddi etirazla qarşılanıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Aida Qasımova Krombaxın dissretasiyasını Azərbaycanın

Ötən yüzilliyin əvvəllərində Osmanlı Türkiyəsində mübariz ruhlu yaradıcılığı ilə seçilən şairlərdən biri də Tofiq Fikrət olub. Onun dərin məzmunlu ədəbi irsi Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına təsir göstərib. Tofiq Hüseyn oğlu Fikrət 1867-ci ildə İstanbulda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib və ilk şeiri “Tərcümani-həqiqət” qəzetində dərc olunub. Qalatasaray liseyində təhsilini başa vurduqdan

Şabrandakı Xaqani Poeziya Evində el arasında savab işləri ilə tanınmış ağsaqqal, şair – qəzəlxan, din xadimi, Hacı Qulamhüseyn Məmmədhüseyn oğlu Məmmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirilib. Qulamhüseyn Məmmədov Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Neft Texnikumunda oxumağa başlayıb. Neft Texnikumunu bitirib Neft Sənayesinin müxtəlif sahələrində işləyə - işləyə Neft Akademiyasında ali təhsil alıb. Neft

P sixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün buradasınız?” Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.” “Anlamadım, nə demək istəyirsən?” “Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham

U fa quberniyasında İlyas adlı bir başqırd yaşayırdı. Onu evləndirəndən bir il sonra atası vəfat elədi. O vaxt mal-heyvandan İlyasın 7 madyanı, 2 inəyi və 20 qoyunu var idi. Bir mülk sahibi kimi İlyas sərvət toplamağa girişdi: sabahdan axşama qədər arvadıyla min bir zəhmətə qatlaşdı, hər kəsdən erkən oyanıb, hamıdan sonra yatağa girdiyi üçün ildən-ilə zənginləşdi. Düz 35 il əziyyət çəkən İlyas, ən nəhayət, böyük var-dövlət qazandı. Atlarının sayı 200-ə, iri buynuzlu heyvanlarının sayı 150-yə,

"Bu gün Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var". Dalidag.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bu gün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir: "Təəssüf ki, Ermənistanın

“20 Yanvar”, “Qarabağ Qaziləri” ictimai birlikləri, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, Asif Məhərrəmov adına İnkişaf Fondu, Vətən Müharibəsi Veteranları Birliyi, Tərxis Olunmuş Hərbiçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı birgə bəyanat yayıb. Dalidag.az xəbər verir ki, kütləvi informasiya vasitələrinə ünvanlanmış sənədin mətnində deyilir: “Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin
Yazı axını