"Bu gün Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var".
Dalidag.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bu gün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir: "Təəssüf ki, Ermənistanın işğalçı siyasəti hələ də davam edir. Azərbaycan dövlətinin siyasəti nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür və bu gündə davam etdirilir".
R.Rzayev əlavə edib ki, bu günə qədər məcburi köçkünlər üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb: "Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli vəsait ayrılıb və bu vəsait hesabına qəsəbələr tikilir. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük əməyi var".
Komitə sədri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı imzaladığı qətnamələrin icra vəziyyətini müzakirə etmək üçün BMT-nin Bakıdakı ofisləri ilə birgə dinləmələrin keçirilməsi yaxşı olar:
"Vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyəti nə yerdədir və yaxud icra mexanizmini hansı istiqamətdə həyata keçirə bilərik? Yəni biz qətnamələrin icra mexanizminin yollarını axtaraq və o barədə fikir mübadiləsi apara bilərik. Həm bu gün, həm də gələcəkdə birgə fəaliyyət göstərərək Azərbaycandakı məcburi köçkünlərin vəziyyətini müvəqqəti yaxşılaşdırmaqdan ötrü işlər görə bilərik".
Reklam
Komitə sədri: "Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var"
01-11-2019 13:52

Kateqoriya: Sosium
Tarix: 01-11-2019 13:52
Baxış sayı: 2612Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























