Gənc yazar ANARa səsləndi: "Qurultay çağırıb istefa vermək olmazmı?"

02-11-2019 19:03
Anar

Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevə açıq məktub yazıb.

Dalidag.az bildirir  ki, o, sözügedən mətndə Anarı və qurumun digər yaşlı rəsmi şəxslərini ietefa verməyə çağırıb:

"Salam, hörmətli Anar Rzayev!


Bildiyimiz kimi bu gün ölkədə köklü şəkildə kadr islahatları aparılır. Zamanla ayaqlaşaraq gənclərə yol vermək, bütün sahələrə yeniləşməni gətirmək günün, idarəçiliyin ana xəttidir. Hətta Prezident İlham Əliyev bu istiqamətdə yaşlı vəzifə sahiblərinə çağrışlar da etdi.

Amma həmin çağırışlara 81 yaşlı AYB rəhbəri olaraq nə siz cavab vermək istəmirsiniz, nə də AYB-nin digər rəsmiləri. Təbii ki, mən cavab- deyərkən hansısa mətbu orqana açıqlama, müsahibə verməyi nəzərdə tutmuram.

Hal- hazırda sizin, eləcə də AYB-nin digər rəsmləri olaraq 84 yaşlı Fikrət Qocanın, 60 yaşlı Çingiz Abdullayevin, AYB rəhbərliyində gəncləri təmsil edən, yaşı 30-a qədər olan gənclərin məsələlərinə baxan, 55 yaşlı Rəşad Məcidin, 76 yaşlı İntiqam Qasımzadənin Prezidentin çağrışına cavabı yalnız istefa ərizəsini yazmaq olmalıdı.

Hörmətli Anar Rzayev!

Sizin Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatındakı xidmətləriniz danılmazdır. Yetərincə xidmətləriniz olub və bunun müqabilində də zaman-zaman dəyərləndirilmisiniz. Bu da öz yerində.

Amma niyə əvəz olunmaq istəmirsiniz? Bəs deyilmi? Prezidentin çağırışlarından da bu ölkədə kifayət qədər potensiallı gənclərin varlığının və həmin gənclərə yol verməyin qənaətinə gələ bilmədiniz? Yoxsa siz hələ də Rəşad Məcidi və ya o yaşda olan digər şəxsləri gənc hesab edirsiniz? Təbii ki, bu belə olmasaydı 55 yaşlı Rəşad Məcid AYB-nin gənclər üzrə katibi olmazdı. Bu gün Rəşad Məcidin o yaşda Gənclər üzrə katib postunu tutması rəhbəri olduğunuz qurumda gəncliyə nə dərəcədə yol verilməsindən açıq-aşkar xəbər verir.

Necə ki, demişdiniz, indi də deyə bilərsiniz ki, Azərbaycan Yazıçılar Birliyi seçkili orqandı. Seçkili orqan olanda nə olar? Qurultay çağırıb istefa vermək olmazmı?

Bütün fikirlərimin yekunu olaraq bu məqamda sizin istefanızı mütləq hesab edib nümunəvi addım atacağınıza inanıram. O addım ki, onu ilkin olaraq adlarını çəkdiyim Fikrət Qoca da, Çingiz Abdullayev də, İntiqam Qasımzadə də, Rəşad Məcid də təkrarlayacaqdır."

Gənc yazar ANARa səsləndi: "Qurultay çağırıb istefa vermək olmazmı?"
















Emil Rasimoğlu






Kateqoriya: Manşet / Sosium
Tarix: 02-11-2019 19:03
Baxış sayı: 4706
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını