Xaqani Poeziya Evində şair-qəzəlxan Hacı Qulamhüseyn Məmmədovun 70 illiyi qeyd edilib -ŞƏKİLLƏR

01-11-2019 22:57
Şabrandakı Xaqani Poeziya Evində el arasında savab işləri ilə tanınmış ağsaqqal, şair – qəzəlxan, din xadimi, Hacı Qulamhüseyn Məmmədhüseyn oğlu Məmmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirilib.

Qulamhüseyn Məmmədov Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Neft Texnikumunda oxumağa başlayıb. Neft Texnikumunu bitirib Neft Sənayesinin müxtəlif sahələrində işləyə - işləyə Neft Akademiyasında ali təhsil alıb. Neft Akademiyasını bitirdikdən sonra bacarıqlı neft mütəxəssisi kimi Liviya Ərəb Respublikasına işləməyə göndərilib. 2 il Liviyada çalışdıqdan sonra Vətənə qayıdan Qulamhüseyn Məmmədov Siyəzən Qazma İşləri İdarəsində sahə rəisi işləyib. Rəssamlıq sahəsində xüsusi qabiliyyəti olan Q. Məmmədov Şabran rayon Mədəniyyət evində təşkil edilmiş dərnəklərdə yaşından asılı olmayaraq həvəskarlara rəssamlıq və dini təhsil verib. Ərəb dilini bilməsi müqəddəs “Quran” kitabının tədrisində köməyinə gəlib. Bədii yaradıcılığa - şer, qəsidə, qəzəl yazmağa 12 – 13 yaşlarından başlayıb. Azərbaycan Nəşriyyatında “Şam işığı”, “İlham çeşməsi” qəzetlərinin zona müxbiridir. Bütün müqəddəs ziyarətgahlarda olub və ömrünün qalan hissəsini Tanrıya ibadətlə keçirməyi qərara alıb.

Dalidag.az
xəbər verir ki, gecəni Xaqani Poeziya Evinin direktoru, AYB üzvü, Prezident təqaüdçüsü Aybəniz Əliyar açaraq, Qulamhüseyn müəllimin qəzəllərindən nümunələr oxudu, yubilyara öz xoş arzularını bildirdi. Sonra qocaman jurnalist Mürsəl Balayev, Prezident təqaüdçüsü, AYB üzvü, şair, Əməkdar müəllim Nəcməddin Mürvətov, Prezident təqaüdçüsü, şair Zakir Bayramlı, şair Şərbətəli Mahmudov, mədəniyyət işçisi Dürdanə Babayeva, “Şabran” Ədəbi Birliyinin sədri Qurban Məmmədov, şair Təvəkkül Kərim, “Şabran inciləri” Birliyinin sədri, şair Məzahir Zeynal, AYB üzvü, şair Rəfael Laçınlı, şair Ənvər Zeynallı, mahir qarmon ustası Abbasəli Qafarov, siyəzənli qəzəlxan Günəş Hüseynov, müəllim, ədəbi tənqidçi Aprel Məmmədov, dil-ədəiyyat müəllimi Xankərəm Orucov, tanınmış xanəndə Telman Mustafayev, kitabxanaçı – yazıçı Vüsalə Anar, siyəzənli şairə Meyvə Allahyarqızı, Əməkdar müəllim Həqiqət Adıgözəlova, tamaşaçı Məhəmməd Ağayev, meyxanaçı, yubilyarın oğlu Əmircan Şabranlı Qulamhüseyn Məmmədovu təbrik etdilər və xoş arzularını bildirdilər.

Dalidag.az




Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 01-11-2019 22:57
Baxış sayı: 3711
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını