Reklam
Bir sevgi hekayəsi- Mendelson necə evləndi...
06-11-2019 13:24
Bir dua,bir sevgiMozes Mendelson çox yaraşıqlı bir adam deyildi. Üstəlik, həm qozbel, həm də qısaboy idi. Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi. Bu ticarətçinin, Fromet adlı çox gözəl bir qızı var idi. Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu. Ancaq bu gözəl qız üçün nəinki onun sevgisinə cavab vermir,hətta üzünə belə baxmaq istəmirdi.
Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi. Ancaq qızın hələ də başını qaldırıb onun üzünə baxmaması Mozesi çox məyus etdi. Nəhayət, çirkin aşiq gözəl qızdan: “Evlilyin bir tale işi olduğuna inanırsınızmı?”-deyə soruşdu. “Əlbəttə!..”-gözəl qız cavab verdi. “Bəs siz?”Bəs siz necə inanırsınızmı?..”Bu dəfə bu sualı verən gözəl qız idi. O, hələ də başını qaldırmamışdı. Mozes bir saniyə belə gözləmədən cavab verdi.: “Əlbəttə! Mən də inanıram!” Və sözlərinə belə davam etdi: “Bilirsinizmi, anam bir oğlan uşağı dünyaya gətirəcəyini hiss edəndə belə dua etmişdi: “Allahım, heç şübhəsiz mənim oğlum üçün taleyinə qız yazdın. Əgər oğlumun evlənəcəyi qızda bir şikəstlik olacaqsa, bu şikəstlik oğlumda qalsın, evlənəcəyi qız gözəl olsun. Çünki şikəst və çirkin qadın, şikəst və çirkin bir kişidən daha dəhşətlidir”. Mozesin bu sözlərindən sonra Fromet gözlərini yerdən qaldırdı, diqqətlə üzünə baxdı və sonra əlini uzadıb onun əlindən tutdu.Və daha sonra Mozesin sevimli həyat yoldaşı oldu...
Bu bir nağıl deyil. Bu,məşhur alman bəstəkarı Feliks Mendelsonun babası ilə nənəsinin “eşq hekayəsi”dir...
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 06-11-2019 13:24
Baxış sayı: 3781Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















