Reklam
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb
11-05-2024 10:26
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 9-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Dalidag.az xəbər verir ki, ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri və Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Kateqoriya: Qarabağ
Tarix: 11-05-2024 10:26
Baxış sayı: 3493Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























