Reklam
Afət Viləşsoy:"Üstündəki toz-toz olan yalnızlığı ələyəndə..."
04-11-2019 20:53
Həqiqətin qan-qan deyən caynağınıovucunda sıxıb yaşar əsl qadın.
Dalidag.az Afət Viləşsoyun yeni şeirini təqdim edir:
QADIN
Gedənlərin arxasınca göz yaşının hədər axan sükutunu
Üstündəki toz-toz olan yalnızlığı ələyəndə
bilər qadın.
Gözlərindən düşənləri silər qadın.
Əllərini buraxanı həyatından ələr qadın.
Qismət boyda, tale boyda,yazı boyda
Yaşantının özü boyda olar qadın.
Qadın, qadın...
Tək qaş üzük kimidir o-
Bəzəyini itirdisə,nazı itir,
Sığalını itirdisə, üzü itir,
Öpüşünü itirəndə dodaqları,
Saçlarını saraltdımı, son baharı,
İstisini itirəndə yazı itir.
Fəsil qadın, nəsil qadın...
Həqiqətin qan-qan deyən caynağını
ovucunda sıxıb yaşar əsl qadın.
Daha kimlər, nələr qadın...
Gedənlərin arxasınca göz yaşının hədər axan sükutunu
Üstündəki toz-toz olan yalnızlığı ələyəndə bilər QADIN...
Afət Viləşsoy
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 04-11-2019 20:53
Baxış sayı: 31 275Yazı axını
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
Ən çox oxunanlar





























