Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov 28 ildən sonra Kəlbəcərə səfəri çərçivəsində Ağdaban kəndinə gedib. Dalidag.az -ın məlumatına görə, 3 gün ərzində işğaldan azad edilmiş Kəlbəcərdə olan millət vəkili burada müxtəlif yerlərdə, o cümlədən, Dədə Şəmşir ocağı – Ağdaban kəndində olub. Deputat kənddə, dağıdılmış evlərə, kənd qəbristanlığına baş çəkib, həmçinin, Dədə Şəmşirin məzarını ziyarət edib. Ustadın ruhuna dualar oxunub. Ağdaban faciəsi 1992-ci il aprel ayının

Kəlbəcər şəhərində dağıntıya məruz qalan, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Dalidag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Dalidag.az

Hüseyn MİRZƏ Salam, Namiq müəllim! Yəqin ki, siz də çoxları kimi məni texniki elmlər sahəsinin bir mütəxəssisi kimi tanıyırsınız. Haqlısınız, mən elm adamı, təhsil işçisiyəm. Bir alim kimi bütün günü beynim elmi problemlərlə məşğul olur, bir yandan da universitetdə inzibati işlər. Amma mən xarakter etibarı ilə düşüncə adamıyam. Şeir yazmaq istəməsəm belə yazmağa məcbur olduğum, amma əksəriyyəti çap edilməyən minlərlə şeirin müəllifiyəm.Əvvəllər daha çox Hüseyn Həsrət imzası ilə yazırdım. Bu

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov 28 ildən sonra doğma yurda səfər edib. Dalidag.az -ın məlumatına görə, 3 gün ərzində işğaldan azad edilmiş Kəlbəcərdə olan millət vəkili burada müxtəlif yerlərə baş çəkib. Rayon mərkəzində fəaliyyətini yenidən qurmağa başlayan dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının yerli şöbələrinin işi ilə tanış olub. Millət vəkili Azərbaycan-Ermənistan sərhədi boyu mövqe tutan, ağır hava şəraitinə baxmayaraq sərhədlərimizi qoruyan

AĞDƏRƏ BƏYANATI Mənim ağ yolum var, Ağdərə yolu: ağ günümə aparan yol. Qara günüm ağarıbsa, ağ günümün işığına ağ yollarla getməliyəm... Qara gündə, qarlı gündə Murov mənə yol vermişdi qaçıb gəlim. İllərdi ki gözləyirəm düz yoluma d ü z ə l m ə y ə. Ağ yolları arzuladım, ağ karvanım d ü z ü l m ə y ə... Niyə dağa-daşa düşüm? Özüm çox şeyi bilirkən, sən deyəni başa düşüm... Bu yurd mənim yurdumdusa, qalib mənim ordumdusa, mən ağ yola çıxmalıyam, mən düz yolla getməliyəm. Tunel çəkmək nəyə lazım,

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Aşağı Şurtan kəndindən videogörüntülər paylaşıb. Dalidag . az görüntüləri təqdim edir:

"Qarabağı ana qucağında tərk edən körpələr böyüyərək 28 ildən sonra torpaqlarımızı düşməndən azad etdilər". Bu ifadəni son zamanlar tez-tez eşidirik. Bu, doğrudan da belədir. Ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin əksər iştirakçıları ötən əsrin 90-cı illərində doğulan uşaqlar idi. Belə uşaqlardan biri də hazırda Gəncə şəhərindəki 2 nömrəli poliklinikanın uşaq həkimi işləyən Vüsal Kazımovdur. Kazımov Vüsal Allahverdi oğlu 1990-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər yayıb. Dalidag .az həmin görüntüləri təqdim edir:

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur. Dalidag.az

Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndi ərazisindən yola düşdük. Sərt və çətin relyefə malik Murovun qarlı, buzlu yollarını keçərək “Ömər aşırımı” postuna çatdıq. Bu post 27 il ermənilərin nəzarəti altında olub. Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin yerləşdiyi mövqelərdən daha yüksəkdə və əlverişli mövqedə olduqları üçün ermənilər mütəmadi olaraq bu postdan Azərbaycana diversiya qrupları göndərir, hücumlar təşkil edirdilər. Ermənistanın terrorçu
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024