Reklam
Şəhid polkovnik-leytenant Rasim Abdullayevin "Son nida” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR
16-04-2022 16:35
Kəlbəcər rayon İcra Hakimiyyətini təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid polkovnik-leytenant Rasim Abdullayevin "Son nida” kitabının təqdimatı keçirilib.Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətini təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Milli kənd sakinləri, şəhid ailələri və qazilər iştirak edib. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra şəhid polkovnik-leytenant Rasim Abdullayevin həyat və yaradıcılığından bəhs edən videorolik nümayiş etdirilmişdir..
Tədbirdə çıxış edən natiqlər 44 günlük şanlı Zəfər tariximizə nəzər salmış, şəhid polkovnik-leytenant Rasim Abdullayevin yaradıcılığından bəhs edərək onun qəhrəmanlığından söz açmışdırlar.Kəlbəcər məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndiriblər, eyni zamanda şəhid R.Abdullayevin sözlərinə bəstələnmiş muğamlar ifa olunub.
Ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edildiyi medal şəhidin oğluna təqdim edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Dalidag.az











































Kateqoriya: Kəlbəcər
Tarix: 16-04-2022 16:35
Baxış sayı: 4341Yazı axını
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
Ən çox oxunanlar


























