Reklam
Azər Qocayev Bərdədə məskunlaşan kəlbəcərlilərlə görüşüb - Şəkillər
09-04-2022 11:01
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə şəhərində yerləşən Ağac Emalı Zavodunun ərazisi, Kəlbəcər rayon 41 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.Dalidag.az xəbər verir ki, qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar qəbulda RİH başçısı ilə yanaşı rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri, həmçinin Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 09-04-2022 11:01
Baxış sayı: 3349Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























