Dostlar, bu gün də çox ağrılı- acılı bir xəbərlə səhəri açdım. Bir Anamız da Haqq dünyasına qovuşdu... Hər bir Kəlbəcərlinin doğması və əzizi olan Asya müəllimə ömrünün 93 yaşında Bakıda vəfat etdi. Asya müəllimə Məmisova Manaf müəllimin ömür- gün yoldası idi. Respublikanin əməkdar müəllimi, zamanında "Xalqlar Dostluğu" və "Sərəf nişanı" ordenləri ilə təltif olunmuş bir Kəlbəcər Pedaqoqu idi Asya müəllimə..... O zamanlar Kəlbəcər gənclərini fərdi proqramla hazırlayaraq ali məktəblərə qəbul

“Təhsilə xərclənən pullar, gənc kamil mütəxəssis kimi yetişəndən sonra artıqlaması ilə geriyə qaytarılır.” Şahlar Əsgərov Bu gün hörmətli professorumuz, tanınmış ictimai-siyasi xadim, əməkdar elm xadimi, 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 15 kitabın, 5 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifi, 20-dək dissertasiya, 100-dən çox diplom işinə rəhbərlik etmiş , “Şöhrət” ordeni uzun illərin səmimi dostu və həmkarı

Bütün məktəblərdə olduğu kimi Kəlbəcər rayon məktəblərində də “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak edib. Milli Məclisin deputatı Aqil Məmmədov Kəlbəcər rayonunun 18 və 56 saylı orta məktəblərinin son zəng tədbirlərinə qatılıb. İlk öncə 56 saylı məktəbin son zəng tədbirində iştirak edən deputat, məzunları təbrik edərək onlara gələcək sınaqlarda uğurlar arzu edib. Aqil Məmmədov Prezident İlham Əliyev və Birinci xanımı Mehriban

Şahlar Əsgərov Bir ölkənin inkişafı onun elmli insanlarının bilavasitə missiyasıdır. Bu baxımdan elmin xalqın, dövlətin inkişafına verə bildiyi və verə biləcəyi töhfələr birbaşa ölkənin nicat yoludur. Dünyaya açılan qapılar da məhz elm adamlarının ixtiralarından, kəşflərindən keçir. Onların sayəsində ölkə olaraq adımızı elm, tərəqqi tarixinə yazdırmaq şansı əldə edirik. Ölkəmiz onların sayəsində daha yaxşı tanınır. Kəlbəcəri daha çox şeir-sənət, saz-söz ocağı kimi tanısaq da o möcüzə yurdun

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçıları iyunun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər. Dalidag.az xəbər verir ki, YAP-dan verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ildönümüdür. Dalidag.az xəbər verir ki, bu gün Bəyannamənin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında”

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib. AKİ-dən verilən məlumata görə, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq. "Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir. Bir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib. Dalidag.az “qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib. Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər
Yazı axını