İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, İlham Fərzəliyevin il mərasimində ailəsini ziyarət edib. Dalidag.az xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və İlham Fərzəliyevin ailə üzvləri iştirak edib. İldönümündə, Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan, o cümlədən mərhum kapitan İlham Fərzəliyevdən bəhs edilərək, onların

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dalidag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti

İlon Maskın İstanbulun fəthiylə əlaqədar Tvitterdə paylaşımı böyük marağa səbəb olub. Mask bununla nə demək istəyib? Dalidag.az kult.az-a istinadən xəbər verir ki, bununla bağlı eyhamı Türkiyənin Milli Müdafiə Universitetinin rektoru, tarixçi Ərhan Afyonçu izah edib. O bildirib ki, Mask məşhur “Unudulub açıq qalan qapı” rəvayətinə istinad edib: ”Rəvayətə görə, guya Ədirnəqapı ilə Əyriqapı arasında piyadalar üçün ayrılmış Kerkoporta (Cambazxana) adlı kiçik qapılardan biri unutqanlıq səbəbindən

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirlyi məlumat yayıb. Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab

Kəlbəcər rayonunda, Ömər aşırımı adlanan ərazidə torpaq uçqunu olub. Dalidag.az xəbər verir ki, torpaq uçqunu yolu bağlayıb. Nəticədə hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayanıb. Görüntüləri təqdim edirik:

İslam aləminin ən tanınmış həkimlərindən olan İbn Sinanın elm baxımından bəşəriyyətə verdiyi tövsiyələr hər kəsi təəccübləndirir. Əsrlər boyu onun fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya və tibb sahələrində bilikləri insan sağlamlığına inanılmaz dərəcədə müsbət təsir göstərib. Dalidag.az xəbər verir ki, İbn Sinanın sağlamlıqla bağlı illər əvvələ aid xəbərdarlıqları yenidən gündəmə gəlib. O, illər əvvəl sağlamlıqla bağlı yazdığı kitabda sağlam həyatın sirrlərindən danışıb. Xüsusi

"Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Dünyada qlobal çağırışların müzakirə olunduğu bir çox platforma mövcuddur. Bunların sırasına Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu, Valday Diskussiya Klubunu və digərlərini daxil edə bilərik. Qürurverici haldır ki, Qlobal Bakı Forumu da öz nüfuzuna görə sadalanan platformalarla eyni sırada dayanır". Dalidag.az xəbər verir ki, bunu miilli.az-a açıqlamasında

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür. Dalidag.az xatırladır ki, Azərbaycan qəhrəmanlıq tarixində yeni bir səhifə açmış Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa
Yazı axını