Cənubi Qafqazda ilk “Ağıllı kənd” layihəsinin icrasına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanılıb. 2021-ci ilin aprel ayında Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan layihənin ilk mərhələsinin icrası cəmi bir il ərzində başa çatdırılaraq təhvil verilib. Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və rayonlarında da dünyanın ən müasir texnologiyalarına əsaslanan “Ağıllı kənd” layihəsinin tətbiqi planlaşdırılır. Zəngilandan sonra Füzulidə smart kəndin qurulması gözlənilir.

Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub. Dalidag.az xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb. Qeyd olunub ki, başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq. Ölkədə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyi Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər hazırlanır. Bu dəfəki tədbir Qarabağ xanlığının

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyun ayının 7-də saat 22:15-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə

İşçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və sair) icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu? Dalidag.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, muzdla işləyən fiziki şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

Səhərin gözü açılar-açılmaz daha bir acı xəbər ürəyimizin qapısını döydü. Tanınmış şair, səmimi insan, dəyərli həmyerlimiz Vaqif Səlimovun (Vaqif Hüseyinoğlu) ölüm xəbərini eşitdik. Duyğuların qanadında bu gidi dünyanı tərk etdi. Dalidag.az bildirir ki, bu barədə şairin oğlu Əli məlumat verib: "Mənim əziz atam, mənim can atam, sizin dəyərli dostunuz və şairiniz dünən rəhmətə getdi. Yazıram amma inana bilmirəm!", - deyərək qeyd edib. Bildirib ki, yas mərasimi 18.06.2022 tarixdə Azadliq
Yazı axını