Reklam
Kəlbəcərdə də “Ağıllı kənd” salınacaq
16-06-2022 19:49
Cənubi Qafqazda ilk “Ağıllı kənd” layihəsinin icrasına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanılıb. 2021-ci ilin aprel ayında Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan layihənin ilk mərhələsinin icrası cəmi bir il ərzində başa çatdırılaraq təhvil verilib.Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və rayonlarında da dünyanın ən müasir texnologiyalarına əsaslanan “Ağıllı kənd” layihəsinin tətbiqi planlaşdırılır. Zəngilandan sonra Füzulidə smart kəndin qurulması gözlənilir.
Bəs, Zəngilan və Füzuli ilə yanaşı, Kəlbəcərin ilk “Ağıllı kənd”i nə vaxt inşa olunacaq?
Dalidag.az bildirir ki, bu barədə modern.az-a danışan Kəlbəcərin deputatı Aqil Məmmədov Prezidentin çıxışını xatırladaraq, işğaldan azad edilmiş bütün ərazilərdə "Ağıllı kənd" və "Ağıllı şəhər" yaşayış məntəqələrinin salınacağını söyləyib.
Onun sözlərinə görə, hazırda Kəlbəcərin Baş planı hazırlanır: "Zəngilanın Ağalı kəndində layihə başa çatdırılıb. Yaxın vaxtlarda sakinlər öz yurdlarına qovuşacaqlar. Digər rayonlarda da bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulub. Kəlbəcərdə elektrik enerjisi təchizatı, yol infrastrukturu yenidən qurulur, önəmli işlər görülür. Amma yaşayış məntəqələrinin tikintisi ilə bağlı hələlik məlumat yoxdur".

"Hazırda Kəlbəcər rayonunun Baş planı hazırlanır. Plan tam hazır olduqdan sonra ictimaiyyətə təqdim olunacaq. Baş plan təsdiqlənəndən sonra bütün təfərrüatlar məlum olacaq. Hesab edirəm ki, "Ağıllı kənd" və bu kimi layihələr digər rayonlarda, o cümlədən Kəlbəcərdə də həyata keçirilməlidir",- deyə A.Məmmədov vurğulayıb.
Xatırladaq ki, “Smart City”, yəni “Ağıllı Şəhər”də məlumat toplamaq üçün müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Toplanılmış məlumatlardan əldə edilən anlayışlar aktivlərin və resursların səmərəli istifadəsinə yönəldilir.
“Smart City” konsepsiyasında əşyaların interneti, süni intellekt, blokçeyn və s. texnologiyalar tətbiq olunur. Bu texnologiyalar əsasında müəyyən komponentlər formalaşdırılır. Nümunə olaraq, elektrik enerjisi və su sərfiyyatının elektronlaşdırılması, müəyyən edilmiş yerlərdə toplanmasını göstərmək olar. Nəticədə əhali müəyyən proqram təminatından istifadə edərək həm öz kommunal tarixçəsini görür, həm də ödənişlərini edə bilir.

Bundan əlavə, aidiyyəti dövlət qurumları da bütün məlumat bazasında yığılan informasiya əsasında optimallaşdırma işləri aparmaq imkanı qazanır. Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün də keçərlidir. O cümlədən, ətraf mühitin qorunmasında havanın yoxlanılması üçün naqilsiz sensor şəbəkələri vasitəsilə şəhər ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə mümkündür.
“Ağıllı şəhər”in digər şəhərlərdən fərqi bütün infrastrukturun elektronlaşdırılması və böyük məlumat bazasının yaradılmasıdır. Bu məlumat toplusu əsasında bütün şəhər üzrə xərclərin və əhalinin yaşayış keyfiyyəti üzrə səmərəlilik artırılır.
Kateqoriya: Kəlbəcər
Tarix: 16-06-2022 19:49
Baxış sayı: 2437Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















