Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli vəmənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev

İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub. Dalidag.az cəbhə.info-ya istinadən xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlıların komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və 4 erməni həbs edilib. Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin "Lragir.am" saytının yazdığına görə, Laçın dəhlizindən keçməklə sülhməramlı missiyanın

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub. Dalidag.az xəbər verir ki, bölmənin rəisi vəzifəsinin icrası, baş inspektor, mayor Araz Əsgərliyə həvalə edilib. Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.apa Dalidag.az

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə nəşr olunan “Ruhumuzun yaz havası” almanaxının təqdimat mərasimi keçirilib. Şəhərin “Qarqar” kafesinin bağlı-bağatlı həyətində keçirilən tədbirdə kitabın həmmüəllifləri, şəhərin ictimaiyyət nümayəndələri və yaxın-uzaq ellərdən gələn qonaqlar iştirak ediblər. Tədbiri giriş sözüylə açan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə son səkkiz ildən bəri bölmənin xəttiylə işıq üzü görən dörd toplunun yerli yazarları tanıtmaq

Türkiyənin bir sıra vilayətlərində aprelin 15-dən etibarən həyata keçirilən “Eren Abluka” əməliyyatı çərçivəsində PKK-nın 4 terrorçusu məhv edib. “Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Daxili işlər naziri Süleyman Soylu PUA və kəşfiyyat müşahidə ilə Hakkari vilayətində yerləri müəyyən edilən terrorçuların havadan dəstəkli əməliyyatla məhv edildiyini bildirib. DİN PKK silahlılarına qarşı əməliyyatların regionda terror təhlükəsi tamamilə aradan

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Dəlidağ.az" saytının baş redaktor müavini, istedadlı şair Sevinc Qərib oxucularla görüşəcək. Dalidag.az xəbər verir ki, tədbir “DƏLİDAĞ” Ədəbi Birliyinin təşəbbüsü və S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə 16 iyun, saat 14:00-da S.Vurğun adına Mərkəzi Kitabxanada keçiriləcək. Ünvan: Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, ev 43.
Yazı axını