Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı, Kəlbəcər rayon 18 saylı tam orta məktəb üzrə yeni ərazi partiya təşkilatı təsis edib. Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük

Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsi təsis edilib. Əslən Kəlbəcərdən olan aşıq Elbrus bölməyə sədr seçilib. Dalidağ.az xəbər verir ki, bu barədə aşıq Elbrus Kəlbəcərli özü məlumat verib: Aşıq Elbrus "Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsi yaradıldı. Bölməyə mənim namizədliyim irəli sürüldü və yekdilliklə qəbul olundu. Bölmənin Göyçə, Göygöl təmsilçisi ustad aşıq Fətullah, aşıq Əlləddin, Kəlbəcər təmsilçisi aşıq Əhliman, aşıq Əfqan, Şəmkir təmsilçisi aşıq Vüqar, Göranbay

Kəlbəcərin Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir. Dalidag.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O qeyd edib ki, yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub: “Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib". Dalidag.az

X əbər verdiyimiz kimi, Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır. Dalidag.az xəbər verir ki, Laçın hava limanının tikildiyi ərazi – Qorçu kəndindən ən yeni görüntüləri təqdim edir.

Kəlbəcər rayon Sınıqkilsə kəndi Yüz illər keçsə də düşmənin bizə vurduğu mənəvi yaraları sağaltmaq, məhv etdikləri ədəbiyyat, mədəniyyət və incəsənət nümunələrinin yerini doldurmaq mümkün deyil. Vandal xislətli yağı yurdumuzu yağmalayanda yüzlərlə yaradıcı adamlarımızın əlyazmalarını da məhv edib, yandırıb. Ən ağrılı və təsəllisiz məqam isə ata-babalarımızın, doğmalarımızın uyuduğu məzarların düşmən tapdağında, ziyarətsiz qalması idi. 28 ilə yaxın məzarları girov "ömrü yaşayan" doğmalarımızın

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun

Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun yaxın ətrafıdır. Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb. Dalidag.az xəbər verir ki, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb. Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub. Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./Unikal Dalidag.az

Qarabağ separatçıları “müstəqilliklərinin” tanınması üçün Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. Dalidag.az xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Artak Beqlaryan Rusiyanın “Novosti” agentliyinə müsahibəsində deyib. Beqlaryan separat danışıqlarda heç bir irəliləyişin olmadığını bildirib. “Ermənistanla “Qarabağın müstəqilliyi”nin tanınması məsələsi ilə bağlı danışıqlar aparılır. Amma hazırda bu məsələdə irəliləyiş yoxdur”, - separatçı qeyd edib./teleqraf Dalidag.az
Yazı axını