Reklam
Nəcməddin Sadıqovun həbsinə hansı dövlət mane olur?
03-06-2022 10:48
Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun yaxın ətrafıdır.
Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıqov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki olub. Fabrikin 13 faizi Zahid Niftəliyevə məxsus olub. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqova böyük zərbə kimi izah edilir.
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov “adı korrupsiya cinayətlərində hallanan Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıqovun həbsi ehtimalı artırmı” sualını belə cavablandırıb: “Şlyapa Zahid” getdi... Ancaq Nəcməddin Sadıqovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kolon”unun bütün nümayəndələri “buldozerin ağzına veriləcək”... Yox, Allah eləməmiş, Moskva - Putin Ukraynada qalib çıxsa, onda Nəcməddin də, bütövlükdə “5-ci kolon” da burada yenidən hökmranlıq əldə edə və Azərbaycan üçün daha təhlükəli oyunlar oynaya bilər..."
Nəcməddin Sadıqovun hələ də həbs edilməməsi Rusiya amili ilə izahı nə qədər gerçəkdir?
Dalidag.az xəbər verir ki,“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov musavat.com-a deyib ki, sabiq rəisin Rusiya hərbi-siyasi elitası ilə əlaqələri gizlin deyil. Nəcməddin Sadıqovun uzun illər Baş Qərargah rəisi postunu tutması da bu amillə bağlı olub: “Rusiyanın regionda təsirləri azaldıqca, Türkiyənin nüfuzu artdıqca, Nəcməddin Sadıqov kimi Rusiya ilə geniş əlaqəli kadrlar vəzifədən gedəcək, həbs olunma ehtimalları böyük olacaq. Nəcməddin Sadıqovun Rusiya ilə əlaqələri nə qədər geniş olsa da, artıq dövr dəyişib. Azərbaycan Rusiyanın təsir dairəsindən uzaqlaşdıqca, orduda vəziyyət dəyişəcək. 44 günlük Vətən müharibəsi göstərdi ki, Türkiyə ordu modelinin mənimsənilməsi ölkəmiz üçün həyati vacib məsələdir. Belə bir modeldə Nəcməddin Sadıkov kimilərə yer yoxdur. Rusiya ilə əlaqələri olan Rövşən Əkbərov artıq həbsdədir. Nəcməddin Sadıqov da belə bir aqibətdən sığortalanmayıb. Həbs qərarı veriləcəksə, bir anın içində qandallanacaq. Ona Rusiyadakı ”dayı"ları kömək edə bilməyəcək".
Natiq Ələsgərov deyir ki, Nəcməddin Sadıqov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb:
“Ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Hazırkı mərhələdə onun işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Araşdırmalar zamanı məlum olub ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıqovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıqovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb.
Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıqov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu və bir cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".
Natiq Ələsgərov deyib ki, siyasi qərar verilərsə, Nəcməddin Sadıqovun həbsi üçün yetirincə əsaslar var. Bu halda onu Rusiya ilə əlaqələri də xilas edə bilməz.
Dalidag.az

Kateqoriya: Karusel / Sosium
Tarix: 03-06-2022 10:48
Baxış sayı: 3256
Yazı axını
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar