Reklam
Nəvəsi 29 ildən sonra Bimar Əlinin məzarını ziyarət etdi - Şəkil
03-06-2022 14:27
Kəlbəcər rayon Sınıqkilsə kəndiYüz illər keçsə də düşmənin bizə vurduğu mənəvi yaraları sağaltmaq, məhv etdikləri ədəbiyyat, mədəniyyət və incəsənət nümunələrinin yerini doldurmaq mümkün deyil. Vandal xislətli yağı yurdumuzu yağmalayanda yüzlərlə yaradıcı adamlarımızın əlyazmalarını da məhv edib, yandırıb.
Ən ağrılı və təsəllisiz məqam isə ata-babalarımızın, doğmalarımızın uyuduğu məzarların düşmən tapdağında, ziyarətsiz qalması idi. 28 ilə yaxın məzarları girov "ömrü yaşayan" doğmalarımızın narahat ruhları dolaşdı Kəlbəcər dağlarında. Bu gün azadlığına qovuşmuş torpaqlarda ruhlar da rahatdı...
İşğalda inləyən yurd yerləmizdə dolaşan narahat ruhlardan, ziyarətsiz qalan məzarlardan biri də Bimar Əlinin ruhu, məzarı idi.
Bu günlərdə nəvəsi Vüqar İsayev Kəlbəcər rayon Sınıqkilsə kənd qəbiristanlığında uyuyan Bimar Əlinin məzarını ziyarət edib. "Şair babam Əli Bimarın məzarını ziyarət etmək nəsibim oldu", deyə o qeyd edib.29 ildən sonra məzarı ziyarət olunan Ə. Bimarın bir şeirini təqdim edirik. Ruhu şad olsun!
Bir də ələ
“Ah” deyərsiz, “vay” deyərsiz bir zaman,
Keçən günlər daha düşməz bir də ələ..
Səd, heyif əlindən, aman, cavanlıq,
Buraxmaram yaxan keçsə bir də ələ.
Aqil kəslər bu dünyadan kam alı,
Ağılsızlar Haxdan payın kəm alı...
Kamil usta cəm eyləsə kamalı,
Lazım gəlməz,”yüz yol ölçə-bir dələ”..
Yazıq Bimar, insanlıqda birüzdü..
Qəvvas kimi “qəm bəhrində” bir üzdü..
Mən görmədim bu dünyada bir üzdü,
Ara-axtar, insanları bir də ələ..
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 03-06-2022 14:27
Baxış sayı: 2631Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























