Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I və IV ixtisas qrupları üzrə iyunun 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları: //eservices.dim.gov.az/exam/2022/Z3/a1.htm //eservices.dim.gov.az/exam/2022/Z3/r1.htm

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib. Dalidag.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, faktla bağlı hazırda araşdırma aparılır.

Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. "Müqavimət hərəkatı" adı altında birləşən müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər. Hakimiyyət əleyhinə mitinqlər parlamentdə təmsil olunan müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası tərəfindən təşkil olunur. Aksiyalar artıq ölkənin bir sıra bölgələri əhatə

Kiyevə əlavə silah tədarükü ilə bağlı bütün hay-küyün yalnız bir məqsədi var, bu ölkədəki silahlı münaqişəni mümkün qədər uzatmaq. Dalidag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “ABŞ reaktiv yaylım atəş sistemlərinin Ukraynaya verilməsi heç nəyi dəyişmir. Kiyevin əvvəllər də belə uzaqmənzilli raketləri var idi. Ukraynaya uzaqmənzilli raketlər veriləcəyi təqdirdə Rusiya ölçü götürəcək və indiyədək toxunmadığı obyektlərə zərbələr endirəcək”, - Putin bildirib Dalidag.az

Milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqda kitab yazıb. İstanbul Universitetinin Tarix fakültəsinin doktorantı olan Çilənay Səmədbəyli dissertasiya işini "Əbülfəz Elçibəyin həyatı və siyasi mübarizəsi" mövzusunda müdafiə edib. O, yazdığı dissetasiya işini kitab şəklində Türkiyədə çap etdirib. Dalidag.az
Yazı axını