Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. "Müqavimət hərəkatı" adı altında birləşən müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər.
Hakimiyyət əleyhinə mitinqlər parlamentdə təmsil olunan müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası tərəfindən təşkil olunur. Aksiyalar artıq ölkənin bir sıra bölgələri əhatə edir.
Köçəryan və Sarkisyanın təmsil olunduğu "Qarabağ klanı" revanşist mövqe sərgiləyərək, Paşinyanı sülh danışıqlarında Bakıya güzəştə getməkdə, Ermənistanı təslim etməkdə günahlandırır. Aylardır davam edən etirazlara baxmayaraq, İrəvan rejimi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu bəyan edib. Paşinyanın bununla bağlı açıqlamaları Ermənistandakı aksiyaları daha da alovlandırıb.
İndi hər kəsi düşündürən əsas məsələ Paşinyanın etirazlar fonunda hansı addımı atacağıdır. Nikol sonadək sülh mövqeyində qalacaqmı?
Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin Ermənistanda baş verən hadisələri Modern.az-a şərh edib.
Paşinyanın çətin günlər yaşadığını deyən rus politoloq hesab edir ki, “Qarabağ klanı” vəziyyəti gərginləşdirməyə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını əngəlləməyə çalışır.
"İndi Nikol Paşinyan vəziyyətin girovuna çevrilib.O bir tərəfdən Qərbin himayəsindədir, Brüssel və Vaşinqtonun diktə etdiyi kursu izləyir. Digər tərəfdən Paşinyanın Rusiya və Azərbaycan qarşısında öhdəlikləri var. Bu gün o, iki seçim qarşısındadır. Əgər sülh müqaviləsini imzalamasa, onu tikə-tikə etmək üçün kütlənin qarşısına verəcəklər. Bu baxımdan hesab edirəm ki, Paşinyan hakimiyyəti seçim etməkdə çətinlik çəkir", - politoloq şərhində bildirib.
Reklam
“Paşinyan sülhdən qaçsa, onu tikə-tikə edəcəklər” – Rusiyalı politoloq
05-06-2022 12:58
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-06-2022 12:58
Baxış sayı: 4176
Yazı axını
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar