Reklam
Həmyerlimiz Azərbaycan Aşıqlar Birliyi Gəncəbasar bölməsinə sədr seçilib
03-06-2022 21:00
Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsi təsis edilib. Əslən Kəlbəcərdən olan aşıq Elbrus bölməyə sədr seçilib.Dalidağ.az xəbər verir ki, bu barədə aşıq Elbrus Kəlbəcərli özü məlumat verib:
Aşıq Elbrus"Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsi yaradıldı. Bölməyə mənim namizədliyim irəli sürüldü və yekdilliklə qəbul olundu. Bölmənin Göyçə, Göygöl təmsilçisi ustad aşıq Fətullah, aşıq Əlləddin, Kəlbəcər təmsilçisi aşıq Əhliman, aşıq Əfqan, Şəmkir təmsilçisi aşıq Vüqar, Göranbay təmsilçisi Elnur Baxış təyin olundu. Gəncəbasar bölməsinin sədr müavinləri aşıq İlqar Nəcəfoğlu, aşıq Şöhrət təyin olundu. Bu işdə əməyi olan Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıya təşəkkür edirəm. Bizə dəyər verib tədbirimizdə iştirak elədiklərinə görə milli məclisin deputatı Aqil Məmmədova, YAP Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, Kəlbəcər Rayon İcra başçısının müavini Fərqanə xanıma, Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər Rayon təmsilçisi Xaliq Muxtarova, Kəlbəcər Rayonu Aşıq Şəmşir adına Mədəniyyət Evinin direktoru Akif Bayramova təşəkkür edirəm. Milli-mənəvi dəyərimiz olan aşıq sənəti üçün xeyirli -uğurlu olsun", deyə yeni bölmə sədri vurğulayıb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Mədəniyyət
Tarix: 03-06-2022 21:00
Baxış sayı: 2768Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























