Reklam
YAP Kəlbəcər Təşkilatı rayonun 18 saylı orta məktəbi üzrə yeni ərazi təşkilatı təsis edib
03-06-2022 22:53
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı, Kəlbəcər rayon 18 saylı tam orta məktəb üzrə yeni ərazi partiya təşkilatı təsis edib.
“Yeni Azərbaycan Partiyasının VII Qurultayı tarixi məqama – torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda təsadüf etdi. Partiya Azərbaycanın ən ağır günlərində yarandı. Bu gün isə müstəqil, qüdrətli, qalib Azərbaycanda növbəti qurultay keçirildi”.Millət vəkilinin sözlərinə görə ölkə Prezidenti YAP sədri İlham Əliyev qurultaydakı çıxışında partiya üzvləri qarşısında yeni vəzifələr qoyub ki, bunlardan biri də işğaldan azad olunmuş rayonlarımıza əhalinin qayıdışı işində YAP-çıların fəal rol oynamasıdır: “Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, xüsusilə, azad olunmuş rayonlardan olan partiyadaşlarımız bu prosesdə layiqincə iştirak edəcəklər”.
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Ümumiyyətlə, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb.Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır.
Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev və digər çıxış edənlər bildirdilər ki, heç şübhəsiz, çoxəsrlik dövlətçilik tariximizin, həmçinin müstəqillik dövrünün ən möhtəşəm taleyüklü hadisələri və prosesləri Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirdilər.Çıxışlardan sonra cari məsələlərə baxılıb.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Kəlbəcər rayon 18 saylı tam orta məktəb ünvanı üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatı təsis edilib.Arzuman Qarayev Kəlbəcər rayon 18 saylı tam orta məktəb ərazi partiya təşkilatına sədr seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 03-06-2022 22:53
Baxış sayı: 3375Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















