Reklam

"Ruhumuzun yaz havası" hamını məftun etdi
13-06-2022 11:27

Tədbiri giriş sözüylə açan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə son səkkiz ildən bəri bölmənin xəttiylə işıq üzü görən dörd toplunun yerli yazarları tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, almanaxda əsərləri yer alan həmkarlarını təbrik etmiş, yeni nəşri AYB-nin XIII qurultayına yerli yazarların ədəbi hesabatı kimi dəyərləndirmişdir. Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov kitabda yer alan şeir və hekayələrin bölmədə təmsil olunan yazarların üzə çıxması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, 44 günlük II Qarabağ Müharibəsində qazanılan tarixi Zəfərin əks-sədasını sərgiləyən bir sıra əsərlərin insanlara sevinc bəxş etdiyini qeyd eləmiş, ümumilikdə isə almanaxı bölmənin növbəti uğurlu addımı kimi dəyərləndirmişdir.

Rusiyanın Moskva vilayətində yaşayan və tədbirə qonaq qismində qatılan Qalib Ağayev dünyaya göz açdığı Mingəçevir şəhərindəki yazarların ədəbi yaradıcılıqlarını əks etdirən almanaxın təqdimat mərasimində iştirak etdiyindən məmnun olduğunu söyləmiş, qürbət eldə üzvü olduğu Azərbaycan icmasının önəmli fəaliyyətindən, Rusiyada yaşayan söz adamları ilə yaxın münasibətlərindən söz açmışdır.
Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri, şair-publisist Fəxrəddin Əsəd həm Mingəçevir, həm də Ağdaş bölmələrnin qarşılıqlı yaradıcılıq əlaqələrinin bölgədə yaşayan yazarların ən yaxşı əsərlərinin təbliği baxımından böyük əhəmiyyə kəsb etdiyini qeyd etmiş, almanaxda yer alan əsərlərin oxuculara nəcib hisslər aşılamaq gücündə olduğunu vurğulamışdır.
Tədbirə qatıldığından məmnun olduğunu bildirən Bakı şəhər sakini Ərəstun Hüseynovun çıxışından sonra bu ilin fevral ayının əvvəllərində dünyasını dəyişən şair Fəxrəddin Əzizin oğlu Orxan Əzizov atasına yönəlik ehtirama görə mingəçevirli yazarlara minnətdarlığını bildirməklə, çıxışının sonunda mərhum şairin bir şeirini diqqətə çatdırmışdır.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin Yevlax nümayəndəliyinin təmsilçisi Əlisa Fərəcov AYB Mingəçevir bölməsinin xəttiylə nəşr olunan almanaxın oxuculara önəmli söz töhfəsi olduğunu qeyd etmiş, yazarlara uğurlar diləmişdir.
Mingəçevir Dövlət Universitetinin müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Mehman Rəsulov “Ruhumuzun yaz havası”nda yer alan hər iki yazısının oxucular üçün dərin maraq kəsb edəcəyini əminlik hissiylə söyləmiş və bunu yaradıcılığına yönəlik ehtiram əlaməti kimi dəyərləndirmişdir.
Yerli yazarlardan Eyyub Rəşidov, Zümrüd Rəhimova, Rəşid Rəsulov, Kəmalə Əyyubqızı və Mahir Musa almanaxda dərc olunan yazıların mahiyyətindən, bölmənin xəttiylə həyata keçirilən tədbirlərin bölgədə ədəbiyyatın təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyindən söz açmış, topluda dərc olunan əsərlərinə görə qürur hissi keçirdiklərini dilə gətirmişlər.
Sonda tədbir iştirakçılarına və yazarlara hamını məftun edən “Ruhumuzun yaz havası”nın xeyli sayda nüsxələri hədiyyə verilmiş, mərasimin ayrı-ayrı anlarını əks etdirən xatirə şəkilləri çəkilmişdir.
CABİR QƏDİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Bənövşə” jurnalının bədii redaktoru







Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
