Reklam
Azər Qocayev şəhid kapitan İlham Fərzəliyevin ailəsini ziyarət edib - Şəkillər
19-06-2022 14:04

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, İlham Fərzəliyevin il mərasimində ailəsini ziyarət edib.
Dalidag.az xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və İlham Fərzəliyevin ailə üzvləri iştirak edib.
İldönümündə, Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan, o cümlədən mərhum kapitan İlham Fərzəliyevdən bəhs edilərək, onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb.
Qeyd olunub ki, İlham Fərzəliyev kimi minlərlə vətən övladının bizlərə əmanət qoyduğu doğmaları Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur və daima dövlət başçımızın xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı, mərhum kapitan Fərzəliyev İlham Allahverdi oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 19-06-2022 14:04
Baxış sayı: 4515Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























