Reklam
Əsl alim ömrü yaşayan Kəlbəcər oğlu - Şahlar Əsgərov
15-06-2022 11:48
Şahlar ƏsgərovBir ölkənin inkişafı onun elmli insanlarının bilavasitə missiyasıdır. Bu baxımdan elmin xalqın, dövlətin inkişafına verə bildiyi və verə biləcəyi töhfələr birbaşa ölkənin nicat yoludur. Dünyaya açılan qapılar da məhz elm adamlarının ixtiralarından, kəşflərindən keçir. Onların sayəsində ölkə olaraq adımızı elm, tərəqqi tarixinə yazdırmaq şansı əldə edirik. Ölkəmiz onların sayəsində daha yaxşı tanınır.
Kəlbəcəri daha çox şeir-sənət, saz-söz ocağı kimi tanısaq da o möcüzə yurdun elm və başqa sahələrdə şöhrət tapmış, nüfuz qazanmış insanları da az deyil. Elmi ixtiraları, ictimai-siyasi fəaliyyəti, şöhrəti, nailiyyətləri ilə təkcə Azərbaycanda deyil, dünyada tanınan o insanlardan biri də professor Şahlar Əsgərovdur.
Bu gün dəyərli ziyalımız, Milli Məclisin sabiq üzvü, Elm və Təhsil Komitəsinin keçmiş sədri, BDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü, tanınmış ictimai-siyasi xadim Şahlar Əsgərovun doğum günüdür.
Ş.Əsgərov 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 15 kitabın, 5 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir.
Dalidag.az olaraq, hörmətli alimimizi doğum günü münasibətilə təbrik edir, sağlam ömür və yeni-yeni ixtiralar, kəşflər arzulayırıq. Bir arzumuz da odur ki, professor tezliklə doğma yurdu Kəlbəcərdə elmin inkişafına xidmət edən uğurlara imza atsın.
Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 15-06-2022 11:48
Baxış sayı: 2633Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























