Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşa şəhərində komitələrin birgə iclası keçiriləcək. Dalidag.az xəbər verir ki, iyunun 11-də Şuşa şəhərində parlamentin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə toplantısı baş tutacaq. Toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək.

Bu hadisə 11 may 1974-cü ildə baş verib. Qaxda dislokasiya olunmuş 108-ci aviadəstənin təyyarə komandiri iş gününün sonunda ikinci pilotu sənəd dalınca rayon mərkəzinə göndərir. Özü isə aviatexik, təcrübəçi və 5 kənar şəxslə (1 kişi, 4 qadın) birgə kef məclisi təşkil edir. Yeyib-içdikdən sonra komandir qonaqları “An-2” təyyarəsi ilə Zaqatala üzərində dövrə vurub qayıtmağa dəvət edir. Hamı razılaşır. Saat 18.50-də Qaxdan qalxan təyyarə Zaqatalaya yol alır. Artıq hava qaralırdı. Pilot öz evinin

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I və IV ixtisas qrupları üzrə iyunun 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları: //eservices.dim.gov.az/exam/2022/Z3/a1.htm //eservices.dim.gov.az/exam/2022/Z3/r1.htm

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib. Dalidag.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, faktla bağlı hazırda araşdırma aparılır.

Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. "Müqavimət hərəkatı" adı altında birləşən müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər. Hakimiyyət əleyhinə mitinqlər parlamentdə təmsil olunan müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası tərəfindən təşkil olunur. Aksiyalar artıq ölkənin bir sıra bölgələri əhatə

Kiyevə əlavə silah tədarükü ilə bağlı bütün hay-küyün yalnız bir məqsədi var, bu ölkədəki silahlı münaqişəni mümkün qədər uzatmaq. Dalidag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “ABŞ reaktiv yaylım atəş sistemlərinin Ukraynaya verilməsi heç nəyi dəyişmir. Kiyevin əvvəllər də belə uzaqmənzilli raketləri var idi. Ukraynaya uzaqmənzilli raketlər veriləcəyi təqdirdə Rusiya ölçü götürəcək və indiyədək toxunmadığı obyektlərə zərbələr endirəcək”, - Putin bildirib Dalidag.az

Milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqda kitab yazıb. İstanbul Universitetinin Tarix fakültəsinin doktorantı olan Çilənay Səmədbəyli dissertasiya işini "Əbülfəz Elçibəyin həyatı və siyasi mübarizəsi" mövzusunda müdafiə edib. O, yazdığı dissetasiya işini kitab şəklində Türkiyədə çap etdirib. Dalidag.az

Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsi Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib . Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, millət vəkili Aqil Məmmədov,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə

Dövlət Turizm Agentliyi “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatını keçirib. Dalidag.az xəbər verir ki, təqdimat işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında olub. Agentliyin nümayəndəsi Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak edib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə naziri Azərbaycan Respublikasının
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024