30 il yurd həsrəti ilə qovrulan insanların bu gün də torpaqlarına gedə bilməməsi ürək ağrıdır. Doğma yurd yerlərini ziyarət etmək istəyən insanların qarşısına qoyulan şərtlər problemi bir az da ağırlaşdırır. İşğaldan azad edilən torpaqlarımıza, Kəlbəcərə getmək üçün qadağaların yumuşaldılmasına ehtiyac var. Ziyarət üçün bir neçə qurumdan deyil, hansısa bir müvafiq təşkilatdan icazə alınması illərdir məcburi köçkün həyatı yaşayan insanlara bir alicənab jest olar. Bildiyimiz kimi, yaylaqlarda

Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır. Dalidag.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib. Onun sözlərinə görə, hazırda ərazi təmizlənir: “Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq: "Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir". Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib. Görüşdə doğma yurda qayıdışa hazırlaşan məcburi köçkünlərin ölkəmizdə yeni

Rusiya sülhməramlıları iyunun 1-də Xankəndidə tədbir keçiriblər. Belə ki, Qarabağda müvəqqəti yerləşdirilən hərbi kontingent öz nəzarət zonasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şou təşkil edib. Bu isə cəmiyyətimiz tərəfindən növbəti dəfə rus sülhməramlılarına qarşı olan qəzəbin artmasına səbəb olub. Çünki artıq onların atdığı belə addımların sayı-hesabı itib. Qarabağdakı rus sülhməramlıları Azərbaycan tərəfindən icazə almadan öz istəkləri ilə hər şey edə biləcəklərini zənn

Səmimi olduğu qədər də dəliqanlı biri idi Pərvin. Qorxu, hürkü bilməzdi. Ağzıbütöv, sözübir, sədaqətli və etibarlı, güvənli oğul idi. Hər sözə reaksiya verməz, fikir bildirməzdi. Baxışları da kəlməsi kimi kəskin idi. Elə uşaqlıqdan belə dəli-dolu böyümüşdü Pərvin. Həbçi olacağını qətiləşdirəndə hələ orta məktəbdə oxuyurdu. Şanı ilə qürur duyduğu Xosrov bəy Sultanov və Həbib bəy Səlimov kimi generalların uğurlu döyüş yolundan ibrət götürərək ən yüksək zirvələri fəth edəcəyinə əmin idi. General

Bu, Ağdamda Xan ailəsinə məxsus məzarlıqda dəfn edilən Xurşidbanu Natəvanın məzarının fotosudur. Ailə məzarlığında dəfn edilən Natəvanın məzarı üzərində sonra abidə tikilmişdi. Dalidag.az kult.az-a istinadla xəbər verir ki, bu barədə danışan dosent Zaur Əliyev məşhur fotoqraf Rza Deqatinin işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından çəkdiyi son fotoya istinadla, Xan qızının meyitinin qalıqlarının çıxarıldığını bildirib. O iddia edib ki, ermənilər Natəvanın meyitinin

Cavid Qurbanovun səlahiyyətləri konkret sahə üzrə təyin olunmayıb. O, ümumi sahələrin kurasiyası ilə məşğul olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Buta.ws-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, mayın 24-ü rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilərək, müavinlərin sayı isə 2-dən 5-ə qaldırılıb. Daha öncədən fəaliyyət göstərən iki nazir müavinindən (Rəhman Hümmətov, Rövşən Rüstəmov)

"...O vaxt qəm-qüssədən çox uzaq idim, O vaxt dərd sinəmdə dil açmamışdı..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: *** Mən səni sevəndə ömrüm yaz idi, Yox idi illərin boranı, qarı. Özümü hamıdan güclü sanardım, Deyərdim yıxaram uca dağları. Mən səni sevəndə ömrüm yaz idi Hər şey bahar ətri yaz qoxusuydu, Ruhuma, cismimə hopan qoxular, Şirin, təravətli qız qoxusuydu. Mən səni sevəndə ömrüm yaz idi, Tumurcuq arzular gül açmamışdı. O vaxt qəm-qüssədən çox uzaq idim, O vaxt dərd

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının Kəlbəcərdə axar su ilə dəstəmaz alarkən çəkilmiş görüntüləri maraqla qarşılanıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Kreml ilə Qərb arasında ziddiyyətlərin zirvəsi adlandırılan Rusiya-Ukrayna müharibəsi bir çox dövlətlər üçün ciddi sınaq meydanıdır. Rusiya ilə Ukrayna arasında hələ də müharibənin davam etməsi dünyanın geoiqtisadi və geosiyasi münasibətlərinə cidd şəkildə təsir edir. Bu münasibətlər zəncirinin qırılması isə yer üzündə ərzaq qıtlığı ilə müşahidə oluna bilər. Artıq bu istiqamətdə qiymət artımı nəzərə çarpmağa da başlayıb. Növbəti qiymət artımı isə özünü enerji daşıyıcılarında göstərə bilər. Bu
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024