
Reklam
Təsərrüfatını Kəlbəcərə aparamaq istəyən ailənin 5 yaşlı övladına icazə verilmir
02-06-2022 20:06

30 il yurd həsrəti ilə qovrulan insanların bu gün də torpaqlarına gedə bilməməsi ürək ağrıdır. Doğma yurd yerlərini ziyarət etmək istəyən insanların qarşısına qoyulan şərtlər problemi bir az da ağırlaşdırır. İşğaldan azad edilən torpaqlarımıza, Kəlbəcərə getmək üçün qadağaların yumuşaldılmasına ehtiyac var. Ziyarət üçün bir neçə qurumdan deyil, hansısa bir müvafiq təşkilatdan icazə alınması illərdir məcburi köçkün həyatı yaşayan insanlara bir alicənab jest olar. Bildiyimiz kimi, yaylaqlarda məkan tutma müddəti sentyabr ayına kimidi.

"Ömür vəfasızdı, bu gündən sabaha etibar yoxdu. Yaşlı nəslin nümayəndəlirinə daha çox şərait yaratmaq lazımdı ki, onlar qısa zaman kəsiyində o torpaqları gedib ziyarət etsinlər. Bu tanrı yolunda da savab iş olmuş olar. Belə başa düşürəm ki, aidiyyəti qurumlar artıq bu istiqamətdə ölçü götürməlidirlər və o yoldaşların gedişi üçün lazımi tədbirlər həyata keçirəcəklər".
Dalidag.az-ın redaksiyasına məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Başqa narahatedici problem isə yaylaqlara köç edən təsərrüfat sahiblərinin azyaşlı uşaqlarına icazə verilməməsidi.

Ə.Qənbərli qeyd edib ki, təsərrüfatını Kəlbəcər yaylağına aparmaq üçün icazəsi olan fermerin yalnız özü və həyat yoldaşı bu imkandan yararlana bilir. Azyaşlı (5, 10, 15 yaşlı) uşaqların onlarla birgə yaylağa getməsinə icazə verilmir.
Vəkil vurğulayıb ki, bu məsələ hüquq müstəvisində həll edilməlidir, uşaqların 3-4 ay valideynlərindən ayrı qalması konustitusiyamızın 17-ci və 34-cü maddələrinə ziddir. (Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir Maddə 17) (Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Maddə 34) İctimai fəal həmçinin, bildirib ki, keçən il uşaqların aparılmasına hər hansı qadağa və ya maneçilik olmayıb. Ə.Qənbərli məsələnin həlli üçün Kəlbəcər rayon İcra Hakimiyyəti, milli məclisin deputatı, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirliyinə müraciət ünvanlamalı olduğunu nəzərə çatdırıb.
Biz də inanırıq ki, tezliklə adıçəkilən qadağalar müvafiq qurumlar tərəfindən aradan qaldırılacaq, vətəndaşlarımızın narahatşılığına səbəb olan problemlərə son qoyulacaq!
Dalidag.az
https://m.facebook.com/story.php?story_fbid=1362766937539566&id=100014188173271
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 02-06-2022 20:06
Baxış sayı: 21 158Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















