Reklam
"Mən səni sevəndə ömrüm yaz idi…" - Fərid Muradzadə
01-06-2022 14:42

"...O vaxt qəm-qüssədən çox uzaq idim,
O vaxt dərd sinəmdə dil açmamışdı..."
Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir:
***
Mən səni sevəndə ömrüm yaz idi,
Yox idi illərin boranı, qarı.
Özümü hamıdan güclü sanardım,
Deyərdim yıxaram uca dağları.
Mən səni sevəndə ömrüm yaz idi
Hər şey bahar ətri yaz qoxusuydu,
Ruhuma, cismimə hopan qoxular,
Şirin, təravətli qız qoxusuydu.
Mən səni sevəndə ömrüm yaz idi,
Tumurcuq arzular gül açmamışdı.
O vaxt qəm-qüssədən çox uzaq idim,
O vaxt dərd sinəmdə dil açmamışdı.
Mən səni sevəndə ömrüm yaz idi,
İlləri küləklər aparmamışdı.
Həsrətin, hicranın qara əlləri,
Əlini əlimdən qoparmamışdı.
Mən səni sevəndə ömrüm yaz idi,
Araya tikanlar çəkilməmişdi.
Bütün sevgiləri ikiyə bölən,
Ayrılıq telləri hörülməmişdi.
Mən səni sevəndə ömrüm yaz idi…
Fərid Muradzadə
25.05.2022
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-06-2022 14:42
Baxış sayı: 3862Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























