Reklam
Detallar üzə çıxır: Sülhməramlılar erməni uşaqlardan da istifadə edir
02-06-2022 17:10
Rusiya sülhməramlıları iyunun 1-də Xankəndidə tədbir keçiriblər.
Belə ki, Qarabağda müvəqqəti yerləşdirilən hərbi kontingent öz nəzarət zonasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şou təşkil edib.
Bu isə cəmiyyətimiz tərəfindən növbəti dəfə rus sülhməramlılarına qarşı olan qəzəbin artmasına səbəb olub. Çünki artıq onların atdığı belə addımların sayı-hesabı itib.
Qarabağdakı rus sülhməramlıları Azərbaycan tərəfindən icazə almadan öz istəkləri ilə hər şey edə biləcəklərini zənn edirlər. Son hadisə zamanı da gördük ki, rus hərbçiləri bayramdan fürsət kimi istifadə edərək öz çirkin təxribat əməllərini həyata keçirdilər.
Dalidag.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, zaman-zaman rus sülhməramlılarının fəaliyyəti barəsində bir çox fikirlər söylənilib:
“Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingenti sülh yaratma prosesi ilə məşğuldur. Həm ölkə rəhbəri, həm də digər siyasətçilər sülhməramlıların fəaliyyəti ilə bağlı müsbət və tənqidi fikirlər söyləyiblər. Ümumi olaraq sülhməramlıların oradakı fəaliyyəti ilə bağlı məsələlərdə müsbət məqamlar deyilib və bu, həqiqətən də mövcuddur. Lakin biz arabir onların səlahiyyətlərini aşdığının da şahidi olmuşuq. Bir neçə məqamlarda rəsmi Bakı bunu Rusiya rəhbərliyinə çatdırıb. Konkret olaraq, müvafiq nazirlik və qurumlar sülhməramlı kontingentin rəhbərliyinə də bununla bağlı etirazlarını bildiriblər. Görmüşük ki, iradlar bildirilərkən sonra onlar öz fəaliyyətlərində qısa vaxt ərzində düzəlişlər ediblər”.
Millət vəkili sülhməramlıların nümayəndəsinin müsahibəsində Xankəndini “Stepanakert” adlandırmasını da xüsusi olaraq vurğulayıb:
“Bu, tamamilə yanlışdır. Bizim əzəli dədə-baba torpağımız olan həmin şəhərin adı Xankəndidir. Bunu həmin müsahibə verən zabitin diqqətinə çatdırmalıyıq. O da təbii ki, fikirlərini düzəltməli və yer adlarını düzgün tələffüz etməlidir. Çünki həmin şəhər Azərbaycan şəhəridir və ərazilərində Azərbaycanın suveren hüquqları qorunur.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin bəyanatında rus sülhməramlılarının müvəqqəti olaraq 5 il ərzində Qarabağda yerləşdirilməsi nəzərdə tutulub. Bu müddət ərzində təbii ki, onlar vacib məqamlarda doğru da fəaliyyət göstəriblər və çıxan problemlərin də qarşısını operativ şəkildə alıblar. Lakin biz onların çox vaxt səlahiyyətlərindən artıq işlər gördüklərini də qeyd etmişik.
Düşünürəm ki, sülhməramlılar həmin tədbirin keçirilməsini Azərbaycan tərəfi ilə razılaşdırmalı və ərazilərimizdə hansısa tədbirin keçirilməsi ilə bağlı Monitorinq Mərkəzində birgə məsləhətləşmələr aparılmalı idi. Sadəcə rəsmi Bakının müsbət mövqeyindən sonra hansısa tədbirlər keçirilə bilər. Fikrimcə, Rusiya sülhməramlıları fikirlərin tələffüz edilməsində və hərəkətlərin icra olunmasında daha diqqətli olmalıdırlar”.
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 02-06-2022 17:10
Baxış sayı: 3190
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23